main-post-cover

    HyperOS ilə MIUI arasındakı müqayisə videosu təqdim edilib (VİDEO)

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    20.10.2023
    Emil Nəcəfov
         TechDroider adlı Youtube kanalında Xiaomi-nin HyperOS adlı yeni istifdadəçi interfeysi ilə ənənəvi MIUI interfeysi arasındakı müqayisə videosu ortaya çıxıb. Məlum olub ki, HyperOS faktiki olaraq MIUI-yə bənzəyir. Lakin bununla belə yeni istifadəçi interfeysində bəzi iOS elementləri də mövcuddur. Videonun müəllifi bildirib ki, o, HyperOS tətbiqləri ilə launcher-i sadəcə olaraq özünün Xiaomi 13 smartfonuna quraşdırıb. Yəni başqa sözlə desək, müqayisədə istifadə edilmiş HyperOS texniki nöqteyi nəzərdən tam istifadəçi interfeysi olmayıb.
         Lakin videoya əsasən demək olar ki, yeni istifadəçi interfeysi olduqca stabil çalışıb. HyperOS şirkətin MIUI 14 istifadəçi interfeysinə çox bənzəyir. Bununla belə yeni istifadəçi interfeysi özündə bəzi yenilikləri birləşdirir. Məsələn HyperOS çərçivəsində smartfonun bloklanmış ekranında iOS-də olduğu kimi daha çox fərdiləşdirmə (customization) ayarları mövcuddur. Tərtibatçılar HyperOS çərçivəsində həmçinin kamera tətbiqini də təkmilləşdiriblər. HyperOS-i ilk əldə edəcək smartfonlar Xiaomi 14 Xiaomi 14 Pro olmalıdırlar. Sözügedən smartfonların isə bu ayın sonunda təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Note 13-ün qlobal versiyası təqdimata hazırlaşır
    redmi-note-13-un-qlobal-versiyasi-teqdimata-hazirlasir
    HyperOS-i əldə edə biləcək Xiaomi cihazlarının qeyri-rəsmi siyahıları təqdim edilib
    hyperos-i-elde-ede-bilecek-xiaomi-cihazlarinin-qeyri-resmi-siyahilari-teqdim-edilib
    Xiaomi 14-ün ilk tizer posteri təqdim edilib
    xiaomi-14-un-ilk-tizer-posteri-teqdim-edilib
    Redmi K70 Pro barəsində yeni məlumatlar məşhur insayder tərəfindən təqdim edilib
    redmi-k70-pro-baresinde-yeni-melumatlar-meshur-insayder-terefinden-teqdim-edilib
    Xiaomi 14 smartfonları Leica-nın yeni kamera obyektivini əldə edəcəklər
    xiaomi-14-smartfonlari-leica-nin-yeni-kamera-obyektivini-elde-edecekler