Logo
    main-post-cover

    Microsoft, öz mobil oyun mağazasını açmağa hazırlaşır!

    Proqram Təminatı
    10.05.2024
    Aslan

         App Store və Play Store-ə rəqibi gəlir. Microsoft rəsmi olaraq mobil oyun mağazasının iyul ayında açılacağını elan edib.  

         Microsoft Xbox prezidenti Sarah Bond-un açıqlamasına görə, Microsoft-un oyun mağazası App Store və Play Store-dən fərqli olaraq internet brauzeri vasitəsilə əldə edilə bilən bir mağaza olacaq. Microsoft bu yolla daha böyük auditoriyaya və daha çox cihaza çata biləcəyini düşünür.
         Microsoft-un oyun mağazasına ilkin olaraq Microsoft, King Activision kimi əsas tərtibatçıların məşhur mobil oyunları daxil olacaq. Üçüncü tərəf mobil oyunlarının mağazaya nə vaxt gələcəyi və onların necə işləyəcəyi barədə təfərrüatlar açıqlanmayıb.
         Bond, Microsoft-un gələcəkdə mağazanı veb-brauzerdən kənara köçürmək istədiklərini, bu yolla da Android və iOS üçün əsl üçüncü tərəf oyun proqramları mağazasının olacağını bildirdi. Veb əsaslı mağaza üçün hazırda heç bir ad yoxdur. Əlavə olaraq, mağazanın rəsmi açılışından əvvəl Xbox Insiders üçün açılıb, açılmayacağı da bildirilmir.
    Paylaş