
Samsung Galaxy S23 smartfonlarının süni zəka funksiyalarını nə zaman əldə edəcəkləri açıqlanıb
Proqram Təminatı
13.02.2024
Emil
Artıq satışda olan Samsung Galaxy S24 smartfonları özlərində OneUI 6.1 istifadəçi interfeysini birləşdirirlər. Bunun sayəsində onlar süni zəka funksiyalarını dəstəkləyirlər. Lakin daha öncə Samsung bildirmişdi ki, OneUI 6.1 tərkibində süni zəka funksiyalarını həmçinin Galaxy S23 smartfonları da əldə edəcəklər. İndi isə bunun nə zaman baş verəcəyi məlum olub. İnsayderlərin vermiş olduqları məlumata əsasən Samsung Galaxy S23 smartfonları üçün OneUI 6.1 istifadəçi interfeysini mart ayında istifadəyə verəcək.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
