Spotify, yeni Deluxe abunəlik planı ilə Hi-Fi səs təcrübəsi təqdim edəcək!
Proqram Təminatı
24.07.2024
Aslan
Spotify, gözlənilən Hi-Fi audio təcrübəsini təqdim edəcək yeni Deluxe abunəlik planını açıqlayıb. Bəs, Spotify Deluxe paketinin qiyməti nə qədər olacaq və daha yüksək səs keyfiyyətindən başqa nə təklif edəcək?
Spotify, Deluxe planının qiymətinin təxminən 17-18 dollar ola biləcəyini söyləyib. Şirkət əlavə olaraq qeyd edib ki, Deluxe paketi cari premium planla müqayisədə daha yüksək keyfiyyətli səs, qabaqcıl idarəetmə və əlavə üstünlüklər (təfsilatlar paylaşılmayıb) təklif edəcək.
Apple Music və Amazon Music, illərdir əlavə ödəniş etmədən itkisiz audio axını təklif edir. Spotify-ın Hi-Fi audio dəstəyini gətirməsinin niyə bu qədər uzun sürdüyü məlum deyil. Spotify, 2024-cü ilin üçüncü rübünün sonuna qədər 4 milyard avro gəlir və 251 milyon premium istifadəçiyə çatmağı hədəfləyir.
Paylaş
Ən çox oxunanlar