main-post-cover

    Windows 11-də Bluetooth cihazların axtarışı yaxşılaşdırılacaq

    Proqram Təminatı
    14.02.2024
    Emil Nəcəfov
         Windows 11 üçün nəzərdə tutulmuş 24H2 nömrəli növbəti böyük yenilənmə özündə bir çox yeni funksiyanı birləşdirəcək. Onlardan biri də Bluetooth cihazların kompüterə qoşulmaları zamanı onlarla daha rahat çalışmaq imkanı olacaq. Yəqin ki, Windows kompüterlərinin istifadəçilərinə belə bir hal tanışdır ki, əməliyyat sisteminin Taskbar bölməsindəki sürətli ayarlar üzərindən Bluetooth cihazların axtarışı zamanı yaxınlıqda olan bütün cihazlar əks olunmur.
         Məsələ burasındadır ki, əməliyyat sistemi lazımsız olan Bluetooth cihazları filtrdən keçirərək onları göstərmir. Bu vəziyyəti düzəltmək üçün Windows-un ayarlarında bir qədər uzun prosesi reallaşdırmaq lazım gəlir. Lakin Windows 11 24H2 yenilənməsi ilə bu vəziyyət dəyişəcək. Belə ki, sözügedən yenilənmə sayəsində əməliyyat sistemi standart olaraq yaxınlıqda yerləşən bütün Bluetooth cihazların siyahısını əks etdirəcək. Bunun üçün sadəcə olaraq Bluetooth sahəsindəki New devices bəndinə klikləyib Show all devices bəndini seçmək lazım gələcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Çox köhnə prosessorlar Windows 11-in yeni versiyasını dəstəkləməyəcəklər
    cox-kohne-prosessorlar-windows-11-in-yeni-versiyasini-desteklemeyecekler
    Windows 11-in 100 MB həcmli versiyası yaradılıb (VİDEO)
    windows-11-in-100-mb-hecmli-versiyasi-yaradilib-video
    Windows 12 müəyyən müddətlik təxirə salınıb
    windows-12-mueyyen-muddetlik-texire-salinib
    Windows 11-də Android smartfondakı fotolara sürətli keçid funksiyası istifadəyə verilib
    windows-11-de-android-smartfondaki-fotolara-suretli-kecid-funksiyasi-istifadeye-verilib
    Windows 11 USB 4 dəstəyini əldə edəcək
    windows-11-usb-4-desteyini-elde-edecek