
Yaxın zamanda Android 14-ü əldə edəcək OPPO smartfonlarının siyahısı təqdim edilib
Proqram Təminatı
09.02.2024
Emil
OPPO şirkəti yaxın zamanda Android 14-ü əldə edəcək smartfonlarının siyahısını təqdim edib. Təqdim edilmiş siyahıya şirkətin 25 smartfonu daxil olub. Şirkət bildirib ki, siyahıda qeyd edilmiş smartfonlar üçün Android 14-ün istifadəyə verilmə tarixi həmin smartfonların modellərindən və satıldıqları ölkələrdən asılı olaraq fərqli olacaq. Beləliklə Android 14 əsaslı ColorOS 14 istifadəçi interfeysini əldə edəcək OPPO smartfonlarının siyahısı aşağıdakı kimidir.
- OPPO Find N3, N3 Flip, N2 Flip, X5, X5 Pro, X3 Pro
- OPPO Reno 10 5G, 10 Pro 5G, 10 Pro+ 5G
- OPPO Reno 8, 8 5G, 8T, 8T 5G, 8 Pro 5G
- OPPO Reno 7
- OPPO F23 5G, F21 Pro, F21s Pro
- OPPO K10 5G
- OPPO A57, A77, A77 5G, A77s, A78 5G, A98 5G.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
