Yenilənmiş Siri Apple şirkətinin süni zəka strategiyasının əsas hissəsinə çevriləcək
Proqram Təminatı
13.05.2024
Emil
The New York Times-ın təqdim etmiş olduğu hesabatda Apple şirkətinin öz süni zəka texnologiyasına keçid strategiyası haqqında danışılıb. Məlumatda qeyd edilib ki, Apple şirkətinin bu istiqamətdə olan strategiyasının əsas bəndlərindən biri də Siri səsli köməkçisinin yenilənməsidir. Nəzərdə tutulmuş yenilənmə isə Siri-ni daha müasir və effektiv platformaya çevirməlidir. Hesabata əsasən Siri-nin yenilənməsi qərarı keçən ilin əvvəlində Apple şirkətinin rəhbərliyi tərəfindən qəbul edilib.
Məlumata əsasən proqram təminatının hazırlanması üzrə vitse-prezident Craig Federighi və machine learning ilə süni zəka strategiyası üzrə vitse-prezident John Giannandrea bir neçə həftə ərzində OpenAI şirkətinin ChatGPT çat-botunu test ediblər. Bu üsul ilə onlar OpenAI şirkətinin öz çat-botunu necə təkmilləşdirdiyini öyrənməyə çalışıblar.
Onlar belə bir nəticəyə gəliblər ki, Siri olduqca köhnəlmiş bir sistemdir. The New York Times tərəfindən təqdim edilmiş hesabata əsasən şirkət daxilində Siri-dən cavabdeh olan komanda şirkətin digər şöbələri ilə müqayisədə lazımi səviyyədə resurs və diqqət əldə etməyib. 10 iyun tarixində start götürəcək WWDC 2024 konfransı çərçivəsində təqdim olunacağı gözlənilən yenilənmiş Siri dialoq mövzusunda daha ünsiyyətcil və daha funksional olmalıdır.
Paylaş
Bənzər xəbərlər
Digər
Apple, iPad Pro-nun təqdimatında yayımladığı reklam çarxına görə üzr istəyib!
Apple, yeni iPad Pro-nu tanıtmaq üçün çəkdiyi "Crush" adlı reklam çarxına görə tənqid hədəfinə çevrilib. Apple reklamda niyyətlərini əks etdirə bilmədiyi üçün izləyicilərdən üzr istəyib.
Cihazlar+
Apple qatlana bilən cihazlar üçün şarnir konstruksiyasını patentləşdirib
Apple şirkətinin hələ keçən ilin oktyabr ayında ABŞ Ticarət Nişanları və Patentləri Agentliyinə (USPTO) göndərmiş olduğu patent sorğusunda qatlana bilən cihazlar üçün nəzərdə tutulmuş şarnir konstruksiyası təsvir olunmuşdu.
Elm & Texnologiya
Apple M4 prosessoru Geekbench 6 testindən keçib
Apple şirkəti M4 adlı yeni prosessorunu təqdim edəndən sonra onun Geekbench 6 bençmarkının testindən keçdiyi məlum olub.
Digər
Tim Cook-un təqdimat zamanı iPad ilə dizayn edilmiş xüsusi buraxılış Nike ayaqqabı geyinməyi diqqətə səbəb olub!
Apple CEO-su Tim Cook iPad-in dünənki təqdimatında xüsusi buraxılış Nike ayaqqabısı geyinib. “Apple” və “Nike” pərəstişkarlarının heyran qaldığı modelin “iPad” ilə hazırlandığı bildirilib.
Proqram Təminatı
Apple, iOS 17.5 RC versiyasını təqdim edib: Yeniliklər nələrdir?
Apple, mayın 7-də iPad tədbirindən dərhal sonra iPhone üçün iOS 17.5 RC versiyasını təqdim edib. Bu iOS 17.5-in son versiyası ilə eyni versiya hesab olunur. Bəs, nə kimi yeniliklər var?
Ən çox oxunanlar