Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadada növbəti uğuru

Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadada növbəti uğuru

Reklam və Marketinq
18.12.2021 PAYLAŞIM

    Azərbaycanlı məktəblilər beynəlxalq bilik yarışmasında növbəti dəfə fərqlənməyi bacarıblar. Moskvada keçirilən VI Meqapolislər olimpiadasında ölkəmizi təmsil edən komanda 1 gümüş və 4 bürünc medal olmaqla, ümumilikdə 5 medal əldə edib. Azercell-in dəstəyilə hazırlığı həyata keçən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov informatika fənni üzrə bürünc medala layiq görülüb. 

    Rusiya paytaxtında təşkil edilən bilik yarışmasına dünyanın ən böyük şəhərlərindən 14-18 yaşlı şagirdlər qatılıblar. Ümumilikdə, olimpiadada 32 ölkədən 257 məktəbli bilik və bacarıqlarını sınayıb. Azərbaycanı riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə yarışan 8 iştirakçı təmsil edib. Sevindirici haldır ki, şagirdlərimiz hər fənn üzrə uğurlu nəticə nümayiş etdiriblər. Bakı məktəbliləri 5 medal qazanmaqla yanaşı, blits turda komanda olaraq üçüncü yerin mükafatçısı olublar. 


    Xatırladaq ki, beynəlxalq olimpiadalarda iştirak üçün informatika fənni üzrə milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-in dəstəyilə həyata keçirilir. AR Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, ölkənin hər yerindən istedadlı şagirdlər Azercell-in tərəfdaşlığı ilə təşkil olunan xüsusi mərkəzlərdə İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşırlar. Azercell şirkəti indiyədək onlarla şagirdi hazırlıq prosesinə cəlb etməklə onların öz potensiallarını nümayiş etdirməsinə imkan yaradıb. Hazırlıqdan keçən şagirdlərimiz dəfələrlə mötəbər bilik yarışlarında yüksək nəticələr əldə ediblər və demək olar, hər yarışdan medalla qayıdıblar. Azərbaycanlı məktəblilər bu müddətdə müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə 1 qızıl, 7 gümüş və 19 bürünc olmaqla, ümumilikdə 27  medal əldə ediblər.

    “Azercell Telekom” gənclər arasında İKT sahəsində təhsilə marağın və texnoloji savadlılığın artırılması istiqamətində həyata keçirdiyi sosial layihələri davam etdirir, Azərbaycan bayrağını yüksəklərdə dalğalandıran bütün tələbə və şagirdlərimizə uğurlar arzu edir!

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Beş şəhərdə ödənişsiz İT təlimləri keçiriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə ödənişsiz informasiya texnologiyaları (İT) ..


'Azercell Hackathon 2022' müsabiqəsinə qeydiyyat başladı!

“Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Hackathon 2022”-nin qeydiyya..


'Kontakt'ın dəstəyi ilə 'Her Improvement' proqramının ikinci mərhələsi uğurla ta..

Ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” və “FemTech” platformasının birgə t..


İnformatika üzrə daha 4 medal!

Azercell-in dəstəklədiyi məktəblilərimiz beynəlxalq olimpiadada növbəti uğur qazandı


'Yeni ilə könüllülərdən hədiyyələr ilə'

“Azercell Könüllüləri” iki yüzə yaxın uşağı sevindirib


Azərbaycanda növbəti Uşaq Paralimpiya İdman Oyunları baş tutub

Azercell uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verməkdə davam edi..

×