Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib!

Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib!

Reklam və Marketinq
18.01.2021 PAYLAŞIM

    Sosial yönümlü layihələrə böyük önəm verən Azercell şirkətinin Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində fəaliyyətlərini davam etdiriblər. “Azercell Telekom” MMC-in təşəbbüsü və dəstəyi ilə yaradılan klinikanın həkimləri koronavirus pandemiyasının (COVİD-19) dünyada tüğyan etdiyi ağır dövrdə belə ölkə üzrə bir çox internat məktəblərinə, uşaq evlərinə, aztəminatlı ailələrin yaşadığı məkanlara səfər edərək yüzlərlə ehtiyacı olan insana yardım ediblər. 

    Azercell-in Mobil Göz Klinikası sentyabr ayında Sabunçu rayonu, Şuşa qəsəbəsində yerləşən “Nur” uşaq evini, Yasamal rayon Əlillər Təşkilatı İctimai Birliyini və Xaçmaz rayonunda fəaliyyət göstərən uşaqlar üçün İcma əsaslı Sosial Reabilitasiya mərkəzini ziyarət edərək körpələrə və sağlamlıq imkanları məhdud şəxslərə təmənnasız tibbi xidmət göstərib. 


    8 oktyabr “Ümumdünya Görmə Günü” münasibətilə Azercell-in Mobil Göz Klinikası torpaqlarımızın müdafiəsində cəsurca dayanaraq şəhidlik zirvəsinə ucalan əsgərlərimizin ailələrinə, birinci Qarabağ müharibəsi iştirakçılarına və qazilərimizə, eləcə də 30 ilə yaxın öz daimi yaşayış yerlərindən məhrum olub, qaçqın və məcburi köçkün statusunda yaşayan vətəndaşlarımıza  qapılarını  açaraq onlar üçün ödənişsiz göz müayinələri və müalicələri təşkil edib. 

    Noyabr ayının 24-ü klinika məcburi köçkünlər üçün salınmış “Qobu Park” qəsəbəsinə səfər edib. “Azercell Telekom” MMC, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Xəzər Qayğıkeşlik Layihəsi” təşkilatının birgə iştirakı ilə həyata keçən sosial aksiya zamanı Azercell-in Mobil Göz Klinikasında çalışan peşəkar həkimlər qəsəbənin sakinlərini optometrik müayinədən keçirib, görmə qabiliyyəti zəif olan vətəndaşlara isə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyinin vasitəçiliyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin ianə etdiyi yüksək keyfiyyətli optik eynəklər paylanılıb.

    2020-ci il ərzində 161 insana ödənişsiz göz müayinəsi və müalicəsini təşkil edən Azercell-in Mobil Göz Klinikası, 9 illik fəaliyyət dövrü ərzində 7125 vətəndaşımıza təmənnasız tibbi yardım göstərib. 

    Ən müasir  avadanlıqla təchiz olunmuş Azercell-in Mobil Diş Klinikası da pandemiya şəraitində çalışaraq təkcə avqust və sentyabr aylarında Pirallahı qəsəbəsində 200-dən çox xəstəni müayinə və müalicə edib. 2010-cu ildən etibarən fəaliyyətə başlayan klinika bu günə kimi ümumilikdə 8006 nəfərə xidmət göstərib.

    Xatırladaq ki, hər iki klinikada müayinə və müalicə tədbirləri "Azercell Telekom" MMC-nin dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyinin həkimləri tərəfindən həyata keçirilir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


AzDimension və Nvidia tərəfdaşlıq müqaviləsi imzaladılar

 Azərbaycan oyun yaradılma sənayesinin tarixində əlamətdar bir an gəldi.


50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercel..

Daha öncə elan edildiyi kimi, Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəf..


Məktəblilər arasında 'AZERCELL CUP' proqramlaşdırma üzrə müsabiqənin final mərhə..

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsi və İnformatika üzrə Milli Olimpiada komandasının m..


Azercell Tokio-2020-nin qaliblərini təbrik etdi

Şirkət beynəlxalq olimpiadada öz qələbəsilə Azərbaycan bayrağını zirvələrdə dalğalandıran olimpiya v..


Rəsmi iPhone 13 modelini 'Kontakt'dan ilk alanlar 300 manatlıq hədiyyə qazanacaq..

Rəsmi iPhone 13 modellərini hamıdan daha əvvəl, üstəlik ən sərfəli şərtlərlə almaq istəyirsiniz? Elə..


Azercell-dən iPhone 13, iPhone 13 Pro və iPhone 13 Mini əldə edin və 3 ay ərzind..

Azercell böyük məmnuniyyətlə oktyabrın 15-dən etibarən uzun müddətdir gözlənilən iPhone 13, iPhone 1..

×