Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir

Reklam və Marketinq
23.07.2021 PAYLAŞIM

Təməli 22 iyul 1875-ci il Həsən bəy Zərdabinin ana dilində "Əkinçi" qəzetini nəşr etdirməsi ilə qoyulan Azərbaycan mətbuatı bu gün 146 illiyini qeyd edir. Müasir qloballaşma, informasiya-kommunikasiya texnologiyalarının inkişafı dövründə azad və müstəqil kütləvi informasiya vasitələrinin mövcudluğu cəmiyyət həyatında əhəmiyyətli təsirə malikdir.

Ötən il Azərbaycan üçün taleyüklü bir dövrdə - 44 günlük İkinci Qarabağ müharibəsi zamanı yeni tarixin canlı şahidi olub qələmi ilə vuruşan, cəbhə bölgələrindən yorulmadan həqiqətləri ictimaiyyətə çatdıran və zəfər müjdəsini verən media nümayəndələrinin əməyi əvəzsiz olub. 


Ölkənin lider mobil operatoru “Azercell Telecom” MMC ənənəvi olaraq media nümayəndələrinin peşə bayramına özəl hədiyyə hazırlayıb. 22-23 iyul müddətində bütün Mediacell tarifinin istifadəçiləri 1875 açar sözünü 2723 qısa nömrəsinə göndərməklə Azercell-dən hədiyyə qismində 5GB həcmində mobil internet paketi əldə edə bilər. (Ətraflı: https://www.azercell.com/az/personal/campaigns/special-offers/national-press-and-journalism-day-campaign-2021.html).

Qeyd edək ki, Milli Mətbuat və Jurnalistika Günündə Azercell şirkətinin nümayəndələri işğaldan azad edilmiş ərazilərdə vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan Məhərrəm İbrahimov və Sirac Abışovun ailələri ilə görüşüb, onların əziz xatirəsini dərin hüznlə yad ediblər.

“Azercell Telekom” MMC Azərbaycan milli mətbuatının əməyini yüksək qiymətləndirir və fəaliyyətini daima diqqət mərkəzində saxlayır!

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell Ağdamda keçirilən ilk Beynəlxalq elmi-praktik konfransı internet şəbəkə..

Azercell şirkətinin texniki dəstəyilə  konfrans iştirakçıları bütün tədbir boyunca yüksəksürətli int..


Layihə idarəolunması sahəsində profesionallaşmaq üçün 'PMO.az Consulting & ..

 Azərbaycanda son dövrlər layihələrin idarəolunması üzrə mütəxəssislərə geniş tələb yaranıb. Bir çox..


AzDimension 'Aksilon: Artefaktlar haqqında əfsanə - proloq' oyunun buraxıldığını..

AzDimension şirkəti üçün fantastik aləmində RPG janrında olan "Aksilon: Artefaktlar haqqında əf..


Azercell rekord ballı abituriyentlərimizi təbrik etdi!

Şirkət 27 abituriyent və Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizin 16 nəfər tələbə adını qaza..


Samsung, Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 üçün xüsusi öncədən sifariş aksiyası..

Günümüzdə Samsung yeni nəsil qatlanan ekranlı smartfonları Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 -i təq..

×