main-post-cover

    'Beosound Theatre': Güclü və maraqlı kinoteatr mühiti artıq evinizdə - FOTO/VİDEO

    Digər
    Reklam və Marketinq
    26.12.2022
    Farid Pardashunas
        Kino və yüksək keyfiyyətli səs həvəskarları gec-tez köhnə məişət texnikasını zamanla ayaqlaşan və günümüzün bütün vacib tələblərinə tam cavab verən yeni texnika ilə əvəz etmək qərarına gəlirlər. Bu halda, ilk növbədə, televizor dinamiklərinin səslənməsini tez və asanlıqla yaxşılaşdıra biləcək səs panellərinə diqqət yetirmək lazımdır. Üstəlik, bu cür panellər çoxlu sayda səsgücləndiriciləri olan böyük səs sistemlərini layiqli şəkildə əvəz edir. Səs panelləri nəinki səs keyfiyyətini əhəmiyyətli dərəcədə artırır, həm də evinizin üslubuna uyğunlaşır, interyerə əla dizayn əlavəsi olur.
        Danimarkanın "Bang & Olufsen" səs brendinin innovativ və diqqətlə dizayn edilmiş yüksək keyfiyyətli "Beosound Theatre" səs paneli nümunəsində sizə dünyanın ən güclü və maraqlı səs sisteminin ev şəraitində kinematoqrafiya səsini necə müəyyənləşdirdiyi və onun digər diqqətəlayiq texniki xüsusiyyətləri barədə söhbət açacağıq.
        Əvvəlcədən qeyd edək ki, “Beosound Theatre” səs panelinin güclü səs imkanları, qabaqcıl texnoloji platforması və modul konstruksiyası istənilən ekrana asanlıqla quraşdırılan bir səs panelində bir neçə dinamikdən ibarət sistemə dalma imkanını təmin edir. “Beosound Theatre” əlçatan yüksək keyfiyyətli axın xidmətlərinin bütün potensialını açır və evdə əsl kinoteatr mühiti yaradır. Paneli dəyişdirmək əvəzinə yeniləməyə imkan verən modul konstruksiyası sayəsində o, uzun illər istifadə üçün nəzərdə tutulub.
        Panel xüsusi sifarişlə hazırlanmış 6,5 düymlük aşağı tezlikli 2 dinamik daxil olmaqla 12 daxili dinamiki və 112 dB-dək səs təzyiqi səviyyəsini təmin edən 800 Vt-lıq gücləndirici sayəsində güclü və maraqlı kinoteatr mühiti yaradır. Nitqin aydınlığı xüsusi hazırlanmış mərkəzi kanal hesabına təmin edilir. Burada yüksək tezlikli dinamik birbaşa orta tezlikli dinamikin qarşısında quraşdırılıb ki, bu da səsin daha yaxşı paylanmasını təmin edir, bununla da bütün dinləyicilər üçün səs keyfiyyətini yüksəltməklə daha yaxşı səs paylanmasını təmin edir.
        “Bang & Olufsen” brendinin qabaqcıl “Beolab 90” dinamikləri üçün işlənib hazırlanmış səs şüasının eninin və uzunluğunun idarə edilməsi funksiyalarına əsaslanaraq, “Beosound Theatre”, drayverləri təkcə səsi yaratmaq üçün deyil, həm də səs şüalarının enliyini və istiqamətini idarə etmək üçün birlikdə işləyən düz, yan və yuxarıya istiqamətlənmiş dinamiklərin patentlənmiş kombinasiyası sayəsində üçölçülü səs istiqamətini təmin edir. Burada səsi dinləyicidən uzaqlaşdıran texnologiyadan istifadə edilir ki, bu da məkan hissini artırır və çox maraqlı effekt yaradır.
        Ustalığa və dizayna unikal yanaşma modulluq prinsipləri əsasında soundbarı “Bang & Olufsen” televizorunun daxil olduğu divarüstü və ya döşəməüstü kompleksə çevirməyə imkan verir ki, bu isə onun interyerə ideal uyğunlaşması və hazırki televizordan çox yer tutmaması baxımından sərfəlidir.
        Modul konstruktivlik düşüncəsi həm dəyişdirilə bilən televizor ekranlarına, həm də səs panelinin qapaqlarına aiddir. Alümin “qanadlar” daha böyük ekran diaqonalına malik televizorlarla istifadə edildikdə də uzanır ki, bununla da istifadə müddətinin artırılması üçün mükəmməl inteqrasiya olunmuş həllər təklif edir. Bunun üçün məhsulunuzu əvəz etməyə deyil, yeniləməyə, zaman keçdikcə inkişaf etdirməyə imkan verən həll işlənib hazırlanmışdır.
       
        “Beosound Theater” kronşteyni demək olar ki, istənilən ekranı səs panelinə birləşdirməyə imkan verir. Artıq yeni televizor almağa ehtiyac yoxdur, sadəcə ən yaxşı hesab etdiyiniz televizor həllini seçməyiniz kifayətdir. İnterfeys kronşteyni motorludur və altlıqla televizorun ekranını qüsursuz şəkildə əlaqələndirir. Kronşteyndə smart əlavələr üçün bölmə var və artıq kabelləri gizlətməklə televizoru bir bütöv kimi təqdim edir. 
        “Beosound Theater”dən həm də xüsusi səs mərkəzi kimi istifadə etmək, bununla da ev kinoteatrı yaratmaq üçün yeni imkanlar əldə etmək olar. 7 daxili çıxış və 16-ya qədər xarici dinamik dəstəyi sayəsində o, Dolby Atmos 7.1.4 həcmli səs sisteminin “ürəyi”nə çevrilə bilər.
        “Beosound Theatre” panelinin misilsiz yeni bas idarəetmə sistemi bütün sistemin potensialını maksimum əks etdirir və müxtəlif dinamiklərin bir-birinə qarşı deyil, birlikdə işləməsini təmin etməklə otaqdakı əks-sədanı idarə etməyə imkan verir. Səs paneli ağır səsin bir nöqtədə tarazlanması təəssüratı yaratmağa yönəlmiş “Beolab 8000”, “Beolab 18” və “Beolab 28”in dizayn fəlsəfəsini davam etdirir. “Beosound Theatre” panelinin aşağı doğru daralan dizaynı yelkənli qayıqlara xas sərbəstlik bəxş edir və onun havada pər vuran alümin qanada söykənməsi təəssüratı yaradır.
        “Beosound Theatre” paneli yeni “Roomsense” quraşdırma texnologiyasına malikdir. Xarici mikrofon dinləmə yerində yerləşdirildikdə, “Beosound Theatre” dinləyici ilə səs paneli arasında məsafəni ölçmək üçün fərqli yerləşmə xüsusiyyətləri əsasında hər bir dinamikə rol təyin etməklə “Bang & Olufsen” tətbiqi ilə işləyir, divarın yaxınlığında və ya küncdə yerləşdirildiyi təqdirdə hər bir dinamik üçün səs kompensasiyasını, eləcə də arzuolunmaz əks-sədanın qarşısını almaq üçün ümumi otaq kompensasiyasını həyata keçirir. “Roomsense” bir neçə saniyə ərzində ideal kökləməni həyata keçirməklə otaqları səsgücləndiricilərin standart yerləşmə yerləri əsasında deyil, öz istəyinizə uyğun olaraq qurmağa imkan verir.  
        Səs paneli “Bang & Olufsen”in "Mozart" adlı öz proqram platforması ilə tədarük edilir. Bu, məhsullara maneəsiz qoşulmanın təmin edilməsi ənənəsinə sadiq qalaraq müxtəlif nəsillərə aid məhsullardan ibarət ev üçün audiosistem yaratma]a imkan verir. "Mozart" hesablama gücü və yaddaşla təchiz edilmişdir ki, bu da ev səs kökləmələri ilə müntəzəm işi təmin etmək üçün zaman keçdikcə yeni funksiyalar və qoşulma imkanları tətbiq etməyə imkan verir. 
        Bu səs panelinin əsas vəzifəsi təkcə əla səslənməni təmin etmək deyil, həm də çox uzun müddət xidmət etməkdir. Gördüyünüz kimi, “Beosound Theatre” səsə yeni baxış və evinizdə əsl kinoteatr atmosferi deməkdir! 
        “Beosound Theatre” səs panellərini Zərifə Əiyeva 31a ünvanında yerləşən Bang & Olufsen butikində əldə edə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər