Reklam
Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

Reklam və Marketinq
18.08.2022 PAYLAŞIM

    Azərbaycanın məktəblilərdən ibarət informatika üzrə milli yığması İndoneziya Respublikasının Coqyakarta şəhərində keçirilən 34-cü Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2022) ölkəmizi layiqincə təmsil edib. 88 ölkədən 349-dan çox şagirdin qatıldığı olimpiadada Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov bürünc medal əldə edib.


    Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Azercell-in Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandası ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Hazırlıq prosesinə ölkənin hər yerindən istedadlı şagirdlər cəlb olunur, informatika fənni üzrə aparıcı mütəxəssislər tərəfindən uşaqlara təlimlər keçirilir, zəruri biliklər paylaşılır. 

    Azercell-in dəstəyi ilə Milli komandaların İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlığı nəticəsində məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 10 gümüş, 24 bürünc olmaqla, ümumilikdə 35 medal əldə ediblər.

    “Azercell Telekom” MMC və Təhsil Nazirliyinin birgə əməkdaşlığı nəticəsində gənclər arasında İKT sahəsində təhsilə marağın və texnoloji savadlılığın artırılması istiqamətində həyata keçirilən sosial layihələr davam edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gözəllik və güc: Galaxy Z Flip4 və Galaxy Z Fold4 haqqında növbəti qeydlər..

Samsung-un qatlanan smartfonları - Galaxy Z Flip4 və Galaxy Z Fold4 - 2022-ci ilin texnoloji yenilik..


Lider mobil operator Azərbaycanda ilk dəfə olaraq müştərilərin sərbəst dizayn ed..

“İstəSən” tarifi abunəçilərə öz ehtiyaclarına uyğun tarif paketi yaratmaq imkanı verir..


Azercell 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir..

Azercell Eksklüziv mağazalarından iPhone 14 və ya iPhone 14 Pro əldə edən müştərilər 3 ay ərzində pu..


'Kontakt Home'da böyük 'iPhone 14' izdihamı

Bu gün Azərbaycanda “iPhone 14” seriyasının rəsmi satışları başlayıb.


'Kontakt'ın dəstəyi ilə yeniyetmə qızlar üçün keçirilən 'Her Improvement' proqra..

“Kontakt” mağazalar şəbəkəsinin dəstəyi, “FemTech” platformasının təşkilatçılığı ilə baş tutan “Her ..


Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfrans..

2010-cu ildən “Azercell Telekom”un dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Uşaq Qaynar Xə..

×