'Dəstəklə və Yenilə: Rəqəmsal dövrün çağırışları və imkanları ətrafında müzakirə'

'Dəstəklə və Yenilə: Rəqəmsal dövrün çağırışları və imkanları ətrafında müzakirə'

Reklam və Marketinq
09.05.2023 PAYLAŞIM

    “Azercell Telekom” MMC-nin ADA Universiteti Fondu (Azərbaycan) və ADA Universitetilə əməkdaşlığı çərçivəsində “İdeya İnkubasiyası Proqramı” başlayıb. Layihə innovativ həllərin yaradılması sahəsində Azərbaycan Respublikasında İKT və innovasiyalar ekosisteminin təkmilləşdirilməsi, onun davamlılığına və rəqabət qabiliyyətinə töhfə vermək məqsədi daşıyır. Layihə eyni zamanda bu sahədə yeni kadrların yetişdirilməsinə, tələbələri innovativ texnoloji həllər yaratmağa, startap və sahibkarlığa həvəsləndirməyə yönəlib.


    Proqramın “Dəstəklə və Yenilə: Rəqəmsal dövrün çağırışları və imkanları ətrafında müzakirə” adı altında keçirilən açılış mərasimində Azercell və ADA Universitetinin məsul şəxsləri iştirak edib, öz fikirlərini bölüşüb. Azercell-in Məhsul İdarəetmə şöbəsinin rəhbəri Nərgiz Tağızadə “Biznesin diversifikasiyalaşdırılması strategiyası: Azercell-in yeni Fintech biznes istiqaməti”, Rəqəmsal Həllər və Partnyorluq şöbəsinin rəhbəri Svetlana Ağalarova “Gənclik seqmenti üçün texnologiya tətbiqi əsaslı həllər”, Dataların Modelləşdirilməsi şöbəsinin rəhbəri Zaur Hüseynov “Data Science sahəsinin Telekom sektorunda rolu və təsiri” mövzuları üzrə auditoriya qarşısında təqdimatla çıxış ediblər.

    “İdeya İnkubasiyası Proqramı” seminarlar, mentorluq sessiyaları və iştirakçılara sahibkar kimi uğur qazanmağa kömək edən geniş şəbəkə imkanları təklif edir. Bu layihə gənclərə ideyalarını real məhsullara, hətta müəssisələrə çevirməyə dəstək olacaq. İnnovativ ideyalarını növbəti səviyyəyə qaldırmağa hazır olan ADA universitetinin tələbələri öz həlləri üzərində peşəkar mentorlarla çalışacaq. Proqramın sonunda qalib komandalara pul mükafatı təqdim olunacaq, onlar, həmçinin, Azercell şirkətində təcrübə proqramı keçmək şansı qazanacaqlar.



DAHA ÇOX


'Kontakt'ın 'Şeş-qoşa' kampaniyasında 18623 manat uduldu – ELEKTROMOBİL QAZANMAQ..

“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Şeş-qoşa” kampaniyasının cəmi 5 gündür başlamasına baxm..


Çempionatlar oyun sammitində elan edildi

"GameSummit" tədbiri çərçivəsində keçiriləcək oyun çempionatları haqqında məlumatları rəsm..


'Azercell Telekom' MMC-nin Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirm..

Ölkənin aparıcı mobil operatorunun beynəlxalq ISO 10002:2018 sertifikatına uyğunluğu növbəti dəfə tə..


'Kontakt'da 50%-dək endirimli 'Sevinc cərəyanı' başladı + 'ŞEŞ-QOŞA' AT ELEKTROM..

“Kontakt” bütün mağazalarında eksklüziv fürsətləri özündə birləşdirən “Sevinc cərəyanı” kampaniyasın..


'Azercell Telekom' MMC-nin tərəfdaşları ilə həyata keçirdiyi 'Uşaq Hüquqlarının ..

Silsilə tədbirlərdən ibarət layihə həssas qrupa aid olan uşaqları əhatə etdi


Azercell-in dəstəyi ilə keçirilən 'Her Improvement' layihəsi gənc qadınları texn..

Uzunmüddətli layihənin finalında iştirakçılar öz startaplarını münsiflər heyətinə təqdim etdilər..

×