'GSMA M360 EURASIA 2023' konfransına qeydiyyat davam edir

'GSMA M360 EURASIA 2023' konfransına qeydiyyat davam edir

Reklam və Marketinq
04.05.2023 PAYLAŞIM

    Bakı “GSMA M360 Eurasia 2023” konfransının ev sahibi olaraq region üzrə tənzimləyici qurumların nümayəndələrini, ekspertlərini, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərlərini bir araya toplayacaq. Bölgənin ən nüfuzlu texnoloji tədbiri 16-17 may tarixlərində “Four Seasons” mehmanxanasında baş tutacaq. Tədbirə qatılmaq istəyən texnologiya mütəxəssisləri  GSMA M360 Registration Page səhifəsində ödənişsiz əsaslarla onlayn qeydiyyatdan keçərək rəqəmsal dəvətnamələrini əldə edə bilərlər. 

    Tədbir sənayenin əsas tendensiyalarını və mühüm çağırışlarını müzakirə etmək üçün əla platforma olacaq. Konfrans gələcək inkişaf üçün rəqəmsal davamlılıq, müştəri vertikalının gücləndirilməsi, 5G və infrastrukturun gələcəyi, Əşyaların İnterneti, Süni İntellekt və Maşın Öyrənməsi, Fintek,  kibertəhlükəsizlik kimi bir sıra aktual  mövzuları əhatə edəcək. Tədbirin gündəliyi ilə GSMA M360 Agenda səhifəsində tanış olmaq mümkündür. 


    Qeyd edək ki, “GSMA M360 EURASIA 2023” konfransı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə keçiriləcək. Tədbirin  baş sponsoru qismində Azercell çıxış edəcək. 

    Tədbir haqqında daha ətraflı məlumat üçün https://www.mobile360series.com/eurasia  səhifəsinə keçid etmək xahiş olunur.



DAHA ÇOX


'Kontakt'ın 'Şeş-qoşa' kampaniyasında 18623 manat uduldu – ELEKTROMOBİL QAZANMAQ..

“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Şeş-qoşa” kampaniyasının cəmi 5 gündür başlamasına baxm..


Çempionatlar oyun sammitində elan edildi

"GameSummit" tədbiri çərçivəsində keçiriləcək oyun çempionatları haqqında məlumatları rəsm..


'Azercell Telekom' MMC-nin Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirm..

Ölkənin aparıcı mobil operatorunun beynəlxalq ISO 10002:2018 sertifikatına uyğunluğu növbəti dəfə tə..


'Kontakt'da 50%-dək endirimli 'Sevinc cərəyanı' başladı + 'ŞEŞ-QOŞA' AT ELEKTROM..

“Kontakt” bütün mağazalarında eksklüziv fürsətləri özündə birləşdirən “Sevinc cərəyanı” kampaniyasın..


'Azercell Telekom' MMC-nin tərəfdaşları ilə həyata keçirdiyi 'Uşaq Hüquqlarının ..

Silsilə tədbirlərdən ibarət layihə həssas qrupa aid olan uşaqları əhatə etdi


Azercell-in dəstəyi ilə keçirilən 'Her Improvement' layihəsi gənc qadınları texn..

Uzunmüddətli layihənin finalında iştirakçılar öz startaplarını münsiflər heyətinə təqdim etdilər..

×