main-post-cover

    Hadigro: Valideynlər üçün bütün uşaq fəaliyyətlərinin hamısı bir platformada

    Digər
    Reklam və Marketinq
    12.02.2021
    Farid Pardashunas
        Musiqi, incəsənət, idman, yemək bişirmək - övladlarınızın başqa hansı hobbiləri var? Hadigro, valideynlərə övladlarına həyatda istedadlarını və kim olmaq istədiklərini kəşf etmələrinə kömək etmək imkanı verir.
        Eyni zamanda Hadigro platformasının yaradıcı sənayedəki xidmət verən müəssisə və fərdlərə birbaşa dəstək göstərir. Belə ki, Hadigro, ölkənin hər yerindən seçilmiş provayderlərin fəaliyyətlərini valideynlərə çatdırmaqda və tanıtmaqda kömək edir. Hadigro Tərəfdaşlıq Proqramına qoşulmaq ödənişsizdir və provayderlərə işlərini idarə etməkdə və övladları üçün inkişaf fəaliyyətləri axtaran valideynlərə çatmaqda kömək etmək üçün bir sıra üstünlüklər və instrumentlər verir.

        Bakıdakı bu startap valideynləri ən yaxşı uşaq fəaliyyətlərini təklif edən provayderlər ilə rahat və istifadəsi asan bir onlayn platformada birləşdirir. Texnologiyalardan istifadə edərək, Hadigro, valideynlərə istədikləri yerlərdə mövcud olan ən yaxşı uşaq fəaliyyətlərini və masterklasslarını tapmaq və birbaşa bilet almaq imkanı verir.

    Valideynlər tərəfindən valideynlər üçün yaradılmışdır:
        Belə bir xidmətin uşaq fəaliyyətlərinin onların inkişafı üçün vacibliyini başa düşən və valideynlik problemlərini öz təcrübələrindən bilən valideynlər tərəfindən yaradılması təəccüblü deyil. Hadigro vasitəsilə valideynlər və uşaqlar yaradıcı və onların dünya görüşünü inkişaf etdirəcək fəaliyyətləri birlikdə təcrübədən keçirirlər, bu isə uşaqların erkən yaşdan şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır.


    İstifadəsi asandır:
        Valideynlər Hadigro.com saytını açmaqla Bakıda, Azərbaycanda mövcud olan ən yaxşı provayderlərin bütün fəaliyyətlərini asanlıqla görürlər. Hadigro-da bir fəaliyyət və ya masterklassa bilet almaq üçün valideynlər sadəcə bilet almaq istədikləri fəaliyyəti seçir, uşaqlarının adlarını və yaşlarını daxil edir və ödəniş edib dərhal biletlərini əldə edirlər. Bununla yanaşı, valideynlər profillərində öz biletlərini görə bilər və uşaqlarının məlumatlarını istədikləri kimi idarə edə bilərlər. Onlayn ödəniş sistemi, valideynlərə rezervasiya zamanı fəaliyyətlər və ya masterklasslar üçün əvvəlcədən onlayn ödəmə imkanı verir. Beş dəqiqədən az bir müddətdə siz artıq bir pizza masterklassı və ya bir rəqs dərsi üçün yolda ola bilərsiniz!
        Ağlınızda müəyyən bir fəaliyyət növü varsa, fəaliyyətləri yaşa və ya fəaliyyət növünə görə filter edərək sizə ən uyğun fəaliyyəti daha sürətli tapa biləsiniz. Qeydiyyatdan keçdikdən sonra, smartfonunuz da daxil olmaqla istənilən veb brauzerdən yalnız bir neçə kliklə növbəti fəaliyyətlərə bilet ala bilərsiniz. Bilet üçün bir düyməyə basıb dərhal biletinizi əldə edirsiniz - cansıxıcı formaları doldurmaq və əlavə stresə ehtiyac yoxdur. Platforma üç dildə - İngilis, Rus və Azərbaycan dillərində fəaliyyət göstərir ki, bu da müxtəlif dilli valideynlər üçün istifadəni rahat edir.

    Geniş fəaliyyət növləri:
        Sənət və Əl işi? İdman və Biş-düş? Texnologiya və Kodlaşdırma? Seçə biləcəyiniz bir çox seçimimiz var! Uşaqlar üçün Musiqi və Rəqs, Təbiət və Açıq havada əyləncələr, Elm və ya İdman dərsləri, Hadigro valideynlərə qonşuluqdakı ən yaxşı ailə fəaliyyətlərini tapmalarına kömək etmək üçün onlarla aktual və az tapılan fəaliyyətlər təklif edir! Yalnız kateqoriyaya görə filtr edin və həmin kateqoriya üzrə sizə yaxın uşaq fəaliyyətlərini görün.
        Nəinki uşaqlar, valideynlər belə “Valideynlər üçün fəaliyyətlər”ə bilet alaraq uşaqları ilə birlikdə iştirak edə bilərlər. Birgə fəaliyyətlər də təkliflərə daxildir və valideynlər övladları ilə məsələn yoga sessiyasında iştirak edə bilərlər. Valideynlər Hadigro-nun fəaliyyətlər bölməsinə baxarkən çox böyük ehtimal haqqında heç düşünmədikləri yeni fəaliyyətlərlə qarşılaşa bilirlər. Əlavə olaraq tarixə, yerə, yaşa və saata görə filtr edərək ən uyğun fəaliyyətləri bir neçə klik ilə tapmaq mümkündür.


    Valideynlik məsləhətləri:
        Uşaqların inkişafı haqqında daha çox məlumat əldə etmək, valideynlərin özlərinə daha inamlı olmasına birbaşa təsir edir. Bloqumuzda, fərqli temperamentli və sosial, emosional, intellektual və ətraf mühit ehtiyacları olan uşaqlar üçün oyun fəaliyyətləri, akademik inkişaf və mütəşəkkil fəaliyyətlər arasında balansı qoruyub saxlayan məqalələr sahə üzrə mütəxəssislər tərəfindən hazırlanıb paylaşılır. Hadigro bloqunda üç dildə (Azərbaycan, İngilis, Rus) mövcud olan, xoşbəxt və uğurlu övlad böyütməyinizə kömək edəcək məqalələrə mütləq baxın.

    Hadigro’da Partnyor Olmaq:
        Hadigro, ölkənin hər yerindən seçilmiş provayderlərin fəaliyyətlərini valideynlərə çatdırmaqda və tanıtmaqda kömək edir. Hadigro Tərəfdaşlıq Proqramına qoşulmaq ödənişsizdir və provayderlərə işlərini idarə etməkdə və övladları üçün inkişaf fəaliyyətləri axtaran valideynlərə çatmaqda kömək etmək üçün bir sıra üstünlüklər və instrumentlər verir.

        Partnyorlar fəaliyyətlərin provayderləri olaraq ödənişsiz provayder hesablarını yaratmaq üçün sadə yoxlama prosesindən keçirlər. Yoxlama prosesindən keçən provayderlərin bütün fəaliyyətləri bu cür xidmətlərə ehtiyacı olan minlərlə ailəyə görünəcəkdir.
        Hadigro ilə əməkdaşlıq edərək, partnyorlar onlar üçün ən vacib olan işə fokus ola bilər - uşaqların hobbilərini və həyatda özlərini kəşf etmələri üçün fəaliyyətləri yaratmaq və təşkil etmək. Partnyor olmaq istəyirsiniz? Zəhmət olmasa, Hadigro ilə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin.
        Nə gözləyirsiniz? Hadigro.com-da uşaq masterklassları və müxtəlif fəaliyyətləri ilə sözün əsl mənasında möcüzə dolu bir dünya kəşf edin. Uşaqlarınızla vaxt keçirmək və ünsiyyət qurmaq üçün doğru vaxt indidir, buna görə birlikdə növbəti macəranıza bileti indi alın!
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər