Kapital Bank daha bir texnoloji ödəniş üsulu təqdim etdi

Kapital Bank daha bir texnoloji ödəniş üsulu təqdim etdi

Reklam və Marketinq
24.11.2022 PAYLAŞIM

    Kapital Bank nağdsız ödənişlərin inkişafı istiqamətində yeni texnoloji yeniliyi təqdim edir. Belə ki, aktiv həyat tərzi keçirən insanlar üçün nəzərdə tutulan Garmin ağıllı saatları vasitəsilə təmassız ödənişlər etmək mümkün oldu. Kapital Bank-ın Visa kart sahibləri bu funksiyadan istifadə edərək ödənişlər həyata keçirə bilərlər.

    Ödənişi həyata keçirmək üçün müştəri Garmin saatlarında “Pul qabı/Wallet” proqramını açıb, təyin etdiyi PIN kodu daxil edib, ödəniş terminalına yaxınlaşdırmalıdır. Bununla da market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və təmassız ödənişləri qəbul edən istənilən digər yerlərdə cəmi bir neçə toxunuşla ödənişlər etmək mümkündür.


    Saatı nizamlamaq çox asandır. Müştərinin istifadə etdiyi smartfon markasından asılı olaraq “App Store” və ya “Google Play” marketdən “Garmin Connect” tətbiqini yükləmək lazımdır. Sonra isə tətbiqdə “Garmin Pay” bölməsinə daxil olub oradakı təlimatlara əsasən Kapital Bank Visa kartını əlavə etmək kifayətdir. Garmin Pay və xidməti dəstəkləyən cihazlar haqqında ətraflı məlumat üçün: https://www.garmin.com/en-US/garmin-pay/.

    Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azərbaycan regionları üçün unikal fürsət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentli..

Ölkə tarixində ilk dəfə olaraq regionlarda yaşayan gənclər öz şəhərlərini tərk etmədən rəqəmsal sahə..


Dünya Çempionatını izləmək üçün bazarın ən yaxşı televizorları hansılardır?..

Yeni televizor almaq ideyası əyləncəli olsa da, növbə seçim etməyə gələndə insanın fikri qarışır. ..


Azercell kampaniyaları 'Felis Azərbaycan'da 9 mükafat qazandı!

Şirkətin həyata keçirdiyi üç marketinq kampaniyası müxtəlif nominasiyalar üzrə mükafata layiq görülü..


'AZERCELL CUP' müsabiqəsinin birinci mərhələsi başa çatıb

İnformatika və Proqramlaşdırma yarışında müsbət nəticə göstərən şagirdlər növbəti tura vəsiqə qazanı..


Ev, avtomobil və ya digər qiymətli hədiyyələri necə qazanmaq olar?

Xəbər verdiyimiz kimi, bütün növ Birbank (həmçinin BirKart) kart sahibləri üçün uduşlu lotereya keçi..


Əlavə heç bir şey: Galaxy Z Fold4 həyatımızı necə asanlaşdırır (və rəngarəng edi..

Samsung-dan yeni qatlanan smartfon - Galaxy Z Fold4-ün buraxılması bir daha sübut etdi ki, qatlanan ..

×