'Kontakt'ın 'Şeş-qoşa' kampaniyası böyük uduşlarla başa çatdı

'Kontakt'ın 'Şeş-qoşa' kampaniyası böyük uduşlarla başa çatdı

Reklam və Marketinq
19.09.2023 PAYLAŞIM

    “Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Şeş-qoşa” kampaniyası son final həftəsini təqdim edib. 

    Finalda iştirak edən 7 nəfər, sonuncu “Volksvagen ID.4” uğrunda zər atıblar. Finalçılar 4/1, 4/1, 2/1, 6/1, 6/5, 4/3 və 5/2 kombinasiyaları ilə elektromobilə çox yaxın olsalar da, “Şeş-qoşa” ata bilmədiklərinə görə aldıqları məhsulun 100% məbləğində uduş ilə kifayətləniblər. 


    Qeyd edək ki, kampaniya başladığı müddətdən – iyun ayından bu günədək şəbəkənin mağazalarına üz tutan on minlərlə müştəri aldıqları məhsul dəyərinin 100%-ə qədərini geri qazana biliblər. Toplamda kampaniya çərçivəsində 589 263 manat uduş əldə olunub.

    Bütün bunlardan başqa kampaniyanın iki ən bəxtəvər iştirakçısı superpriz - “Volksvagen ID.4”-ü pulsuz apararaq həm özlərinə, həm də ailələrinə böyük sevinc yaşadıblar.

    Belə ki, qaliblərdən ilki Qəbələ rayonundan olan Gülarə Cəlalova Bakıya zər atmaq üçün taksi ilə gəlsə də, avtomobil qazanaraq geri qayıdıb.

    “Kontakt”ın daimi müştərisiyəm. Əvvəl də oradan qabyuyan, ütü, tava və s. almışam. Bu dəfə qızıma cehiz üçün soyuducu alırdım. Əllərimi açıb dua etdim və 3 dəfə şeş (altı), finalda isə şeş-qoşa atdım. Ağlıma gəlməzdi ki, avtomobil qazanaram. Dualarım eşidildi. Ailəlikcə çox sevindik. Elə maşını da ailəvi olaraq istifadə edəcəyik.”

    Elektromobilin digər şanslı qalibi isə Bakı sakini Elvin Həsənov olmuşdur. Şanslı qalib şəbəkənin “Ayna Sultanova” mağazasına “PlayStation 5” almaq üçün gəlib və Gülarə xanım kimi həftənin finalına vəsiqə əldə edib. Finalda isə dostunun “Şeş-qoşa” atması ona elektromobil qazandırıb.

    “Kontakt”ın Ayna Sultanova mağazasına “PlayStation 5” almaq üçün gəlmişdim. Dostum da yanımda idi. Elə zərləri də mənim yerimə o atdı. Çox sevinirəm. Maşını dostumla növbəli sürəcəyik”.

    Siz də “Kontakt”ın növbəti sevindirən kampaniyalarından xəbər tutmaq üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada, eyni zamanda şəbəkənin sosial media hesablarını izləyə bilərsiniz!



DAHA ÇOX


"Qızlara ağ yaraşır” Qran-pri mükafatı qazandı

Azercell və Azərbaycan Jüdo Federasiyasının sosial kampaniyası “Ad Black Sea” beynəlxalq festivalınd..


Azercell-in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimipa..

8-14 sentyabr 2023-cü il tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində Yeniyetmələrin Avr..


"Kontakt"da bol fürsətli "Payızlıq Təkliflər" kampaniyası – ..

“Kontakt” mağazalar şəbəkəsi payızın gəlişinə özəl bütün mağazalarında “Payızlıq Təkliflər” kampaniy..


'Azercell Telekom' MMC şəhidlərimizin ailələrinə dəstəyini davam etdirir

Mobil operator şəhid övladları və şəhidlərin həyat yoldaşlarına təhsil üçün təqaüdü 400 AZN məbləğin..


Ağalı kəndinin məktəbliləri yeni tədris ilinə Azercell ilə birlikdə başlayır!..

Bakı. 15.09.2023. “Azercell Telekom” MMC-nin əməkdaşları Zəngilan rayonunun Ağalı kəndində azyaşlı s..


'Kontakt'dan Volkswagen ID.4 qazanmağınız üçün son şans!

“Kontakt” mağazalar şəbəkəsinin başlatdığı elektromobil uduşlu “Şeş-qoşa” kampaniyası sonuncu “Volks..

×