Logo
    main-post-cover

    Lenovo Legion 5 Pro: bütün növ oyunlar və yaradıcılıq üçün güclü NVIDIA prosessorları və qrafik kartlarının simbiozu

    Reklam və Marketinq
    20.12.2022
    Emil
        Hədiyyə olaraq noutbuk seçmək olduqca çətin bir tapşırıqdır, xüsusən də onu necə istifadə edəcəyinizi bilmirsinizsə. Əgər siz bir tələbə üçün noutbuk seçirsinizsə, ona  həm mətnlərlə işləmək, həm də yaxşı oyun köməkçisi olacaq bir cihaz lazımdır. Lakin siz həris bir oyunçunu nə ilə sevindirəcəyinizə qərar verə bilmirsinizsə, bu zaman sizə ən ciddi AAA oyunları  və uzun yayımları “daşıya” biləcək bir noutbuk lazımdır. 
        Bu gün bazarda ənənəvi masaüstü oyun kompüterləri ilə rəqabət apara biləcək bir çox layiqli noutbuk modelləri mövcuddur ki, bu da hədiyyə seçimi ilə bağlı yekun qərar verməyinizi daha da çətinləşdirir. Bu məqalədə biz sizə oyun noutbuku seçərkən nəyə diqqət yetirməli olduğunuzu və Lenovo Legion 5 Pro-nun nə üçün əla qiyməti  və texniki xüsusiyyətlər balansı olan ideal bir hədiyyənin bütün parametrlərinə cavab verdiyini göstərəcəyik.
    Mülayim xarici görünüş: artıq heç nə
        Lenovo Legion 5 Pro-nun dizaynı klassik üslubdadır və istifadəçinin statusuna uyğun olaraq sadə  Storm Grey rəngində təklif olunur. Cihazın alüminium korpusunda “geymerlər” cəmiyyətində yaxşı tanınan ticarət nişanı – sadə loqo əks olunmuşdur. 
        Markanın interfeys paneli  Legion seriyalı noutbuklar üçün ənənəvi olaraq cihazın arxasında yerləşir və   əlavə avadanlıq qoşulmağı üçün bütün zəruri birləşdiricilərə malikdir. Burada dəyişən cərəyan üçün bir yuva və USB 3.2 Gen 1, HDMI, USB Type-C və Ethernet RJ45 portlarını görə bilərsiniz, onların hər biri mühəndislər tərəfindən diqqətlə nişanlanır ki, bir baxışda hansı port olduğunu anlaya biləsiniz.
        Noutbukun sol tərəfində iki USB Type-C 3.2 portu, sağ tərəfində isə USB Type-A portu və quraşdırılmış audio girişi var. Elə həmin hissədə adətən ofis noutbuklarında rast gələ biləcəyiniz veb kamera üçün fiziki elektrik açarı yerləşdirilmişdir. 
    Klaviatura: Dörd sahəli RGB işıqlandırma və klavişlərin yumşaq hərəkətliliyi
        Lenovo Legion 5 Pro-nun tam ölçülü erqonomik klaviaturası ənənəvi oyun noutbuklarından fərqli olaraq şişirdilmiş marka görünüşünə sahib deyil və yüksək keyfiyyətli RGB işıqlandırma ilə təchiz olunmuşdur. Klavişlər xəfif  əyimlidir və onların çıxıntıları cihaz bağlı olduqda korpusa doğru yığılaraq, mükəmməl bir görüntü ortaya çıxarır.  Klavişlər arasındakı 1,5 mm-lik məsafə hərəkətlərdə yumşaqlığı təmin edir və CS:GO kimi şuter video oyunlarında qəfil hərəkətlər zamanı  daha az sərt geri qayıdışla, W, A, S və D düymələrinin dəqiq sıxılmasına imkan verir. Lenovo hətta üzərlərindəki yazıların silinmə ehtimalını azaltmaq üçün düymələrə aşınmadan qoruyucu örtük vurmağı belə düşünmüşdür. RGB işıqlandırma dörd sahəyə əsaslanır və siz onu Lenovo Vantage proqramı vasitəsilə öz zövqünüzə uyğun şəkildə quraşdıra bilərsiniz. İşıqlandırma parlaqlığı kifayət qədər bərabər paylanmışdır, bu da qaranlıqda oynamaq lazım olduqda, yaxşı bir görüntü yaradır.  Lenovo Legion 5 Pro həmçinin əvvəlki nəsildən daha böyük bir “trackpad” ilə təchiz olunmuşdur ki, bu da gündəlik iş rejimlərinə xoş bir əlavədir.
    Səmərəli prosessor və NVIDIA GeForce RTX 3070
        Legion 5 Pro mükəmməl bir səmərəliliyə malikdir. Noutbuk məhsuldar NVIDIA GeForce RTX 3070 qrafikası və 32 GB-a qədər operativ yaddaş ilə birlikdə 11-ci nəsil Intel Core və ya AMDRyzen prosessorları ilə təchiz edilmişdir. GeForce RTX 3070 qrafik kartı ikinci nəsil NVIDIA RTX texnologiyası - Ampere texnologiyası əsasında yaradılmışdır. O, təkmilləşdirilmiş şüa izləmə nüvələrinə və tensor nüvələrinə, yeni axınlı multiprosessorlara və 8 Gb-lıq yüksək sürətli GDDR6 yaddaşına malikdir - bütün bunlar hətta ən mürəkkəb AAA oyunlarında belə uzun müddət davam edən döyüşlərdə lazımi gücü təmin edir və “ağır” qrafikalı  tətbiqlərdə də özünü ən mükəmməl şəkildə göstərir. 
        NVIDIA video kartlarının DLSS və Reflex texnologiyaları sayəsində istifadəçi üçün oyun prosesi həddən artıq  rahat və komfortlu keçir. “Məhsuldarlıq” seçimi  aktivləşdirildikdə DLSS 230-dan çox oyunda kadr sürətini 2 dəfəyə qədər artıra bilir.  Belə təsirli FPS yüksəlişinə DLSS-də neyroşəbəkədən istifadə edərək çatmaq mümkün olur ki, bu zaman görüntü keyfiyyətini itirmədən, təsvirlərin həllini artırmaq və obyektlərin kənarlarındakı pillələri hamarlaşdırmaq üçün bir çox kadrdan piksellər birləşdirilir. Bu effektə həm biristifadəçili mürəkkəb oyunlarda şüa izləməsi, həm də məşhur onlayn oyunlarda DLSS ilə artan kadr tezliyi sayəsində istifadəçinin rəqibləri daha tez aşkarlaması və daha dəqiq nişan ala bilməsi nəticəsində nail olmaq olur.
        Bundan əlavə, NVIDIA-nın oyun marafonlarında daha çox qalib gəlməyinizə imkan verəcək başqa bir texnologiyası – NVIDIA Reflex mövcuddur. O, prosessor və videokart arasındakı buferləşməni aradan qaldıraraq, sistemdəki emal gecikməsini minimuma endirir və nəticədə oyunun idarəolunması daha rahat baş tutur. Reflex ilə siçanın manipulyasiyalarına qarşı reaksiya iki dəfəyə qədər azalır, nəticədə hərəkətlərin ekranda daha sürətli nümayişi təmin edilir ki, bu da 40-dan çox məşhur rəqabət oyununda istifadəçiyə daha böyük üstünlüklər verir.
        Qeyd etmək lazımdır ki, Lenovo Legion 5 Pro-nun korpusunda quraşdırılmış RTX video kartları yaradıcı vəzifələrin həlli və qrafiklərlə işləmək üçün tam uyğundur. Süni itellektin tensor nüvələri əsasında yüksələn effektivliyi və sürətlənməsi nəticəsində siz onlarla 3D rendering, videoredaktə və qrafik dizayn tətbiqləri ilə iş zamanı güclü alətlər, axıcı iş və vaxta qənaət əldə edirsiniz.  Stabilliyi artıran NVIDIA Studio drayverləri və rutin prosesləri avtomatlaşdıran neyron şəbəkə (süni intellekt) əsaslı alətlər sizə layihələri və ideyaları daha sürətli icra etməyə imkan verir, eyni zamanda NVIDIA Omniverse və Canvas kimi xüsusi proqramları virtual məzmun yaradıcıları üçün qeyri-məhdud imkanlar təqdim edir. NVIDIA Broadcast yardımçı proqramı yayımlarda aktiv iştirak edən oyunçular üçün əla vasitədir. O, əlavə bahalı avadanlıqlar almağa ehtiyac olmadan, süni intellektə əsaslanan interaktiv effektlərə malik virtual studiya yaratmağa imkan verir.
        Legion 5 Pro-nu yaradarkən mühəndislər noutbuk üzərində ciddi işlər görüb, onun səmərəliliyini əhəmiyyətli dərəcədə artırıb, lakin bu zaman soyutma sisteminə diqqət yetirməyi də nəzərdən qaçırmayıblar. Arxa sorucu ventilyatorlar daha da böyüdülüb, istilik borularının tərtibi yaxşılaşdırılıb və ventilyator pərləri 40% incəldilmişdir. Bu, klaviatura və “trackpad”ın sərin qalmasına imkan verir ki, bu da oyun zamanı istifadəçinin rahatlığını artırır. Bundan əlavə, Legion 5 Pro müxtəlif səmərəlilik rejimlərinə malikdir: sakit, balanslı və məhsuldar. Birincisi - avtonom iş müddətini artırmaq üçün prosessorun yükünü azaldır, balanslaşdırılmış - optimal rejimi avtomatik olaraq seçir, məhsuldar isə  - prosessorun və onu soyudan ventilyatorların gücünü tam olaraq artırır. Noutbukun bir sıra əlavə quraşdırılmış funksiyaları, o cümlədən AI Engine Boost CS: GO, Red Dead Redemption II və GTA V kimi çox məşhur oyunlarda FPS-i artırmağa imkan verir.
    Immersiv ekran: parlaq və rəngarəng , tərəflərin ölçü nisbəti 16:10-dur 
        Oyun noutbukunun ekranı virtual aləmlərə daxil olmaq və qrafika ilə işləmək üçün böyük əhəmiyyət kəsb edir. O, həm gündəlik tapşırıqlar üzərində səmərəli işləmək, həm də oyunlar oynamaq üçün kifayət qədər parlaq, rəngarəng və geniş olmalıdır. Legion 5 Pro-nun ekranı 16:10 ölçülü tərəflərin nisbəti və 165 Hz-ə qədər yeniləmə tezliyi ilə 2560x1600 piksel təsvir həllinə malikdir. Tərəflərin ölçüləri nisbətinin artması ekranda bir neçə proqram pəncərəsi, məsələn, bir oyun və bir qrup Microsoft Word faylları eyni zamanda açıq olsa belə, cihaz sahibinin istənilən prosesə diqqətini tam yönəltməsinə imkan verəcəkdir.
        Enerji mənbəyinə qoşulu olan zaman ekran parlaqlığı 500 nit-ə çatır, beləliklə Lenovo Legion 5 Pro-dakı bütün oyunlar və ya baxılan filmlərdə baş verən bütün hadisələr daha canlı və real görünəcək. Bunun nəticəsində detallar da daha çox nəzərə çarpacaq. Ekran 70% Adobe RGB, 65% NTSC, 70% P3 və 90% sRGB rəng palitrası əldə etmək imkanı verən X-Rite alətləri ilə təmin olunub.
        Legion 5 Pro haqlı şəkildə keçən ilin ən yaxşı modellərindən biri hesab edilə bilər, onu almaq üçün işlənmiş bir avtomobil dəyərində məbləğ xərcləmək lazım olmayacaq. İndi, bayram satışları mövsümündə bu noutbukları xeyli endirimli qiymətə almaq olar. Lenovo Legion 5 Pro-nun satışı və xüsusi təkliflər barədə www.irshad.az, www.maxi.az, www.aztech.az, https://division.az/ , www.bakuelectronics.az, www.soliton.az, www.kontakt.az saytları və tərəfdaş mağazalardan məlumat əldə edə bilərsiniz. 
        Yeni iliniz mübarək!
    Paylaş
    Bənzər xəbərlər