Məktəblilər arasında 'AZERCELL CUP' proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi baş tutdu

Məktəblilər arasında 'AZERCELL CUP' proqramlaşdırma üzrə müsabiqənin final mərhələsi baş tutdu

Reklam və Marketinq
14.10.2021 PAYLAŞIM

    Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-nin proqramlaşdırma üzrə elan etdiyi “AZERCELL CUP” müsabiqəsinin final mərhələsi keçirilib. ADA universitetində 6-8-ci sinif şagirdləri arasında baş tutan müsabiqədə iştirakçılara həll edilməsi üçün 5 alqoritmik məsələ və 3 saat vaxt verilib. Yarışın sonunda nəticələr və medalçılar elan olunub. Xatırladaq ki, müsabiqəyə qeydiyyat https://www.olimpiada.edu.az saytı üzərindən aparılıb.


    Birinci tur onlayn şəkildə iyun ayının 27-də baş tutub. Müsabiqənin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaqdır. Həmçinin müvafiq sahələr üzrə məntiqi təfəkkürün inkişaf səviyyəsi,  alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən  şagirdləri müəyyənləşdirərək onları həvəsləndirmək, beynəlxalq olimpiadalara hazırlıq məşğələlərinə cəlb etmək, onların fərdi və elmi inkişafına töhfə verməkdir. 

    2017-ci ildən etibarən məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi Azercell şirkətinin köməyi ilə həyata keçirilir və onların inkişafı üçün təşəbbüslər davamlı olaraq dəstəklənir. Şirkət Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olur. Belə ki, hazırlıqdan keçən şagirdlərimiz mötəbər beynəlxalq bilik yarışlarında yüksək nəticələr əldə edirlər. İndiyədək azərbaycanlı şagirdlər informatika fənni üzrə bilik yarışlarında 27 medal qazanıblar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


AzDimension və Nvidia tərəfdaşlıq müqaviləsi imzaladılar

 Azərbaycan oyun yaradılma sənayesinin tarixində əlamətdar bir an gəldi.


50GB mobil internet hədiyyəli ən yeni model iPhone 13 smartfonları artıq Azercel..

Daha öncə elan edildiyi kimi, Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəf..


Azercell Tokio-2020-nin qaliblərini təbrik etdi

Şirkət beynəlxalq olimpiadada öz qələbəsilə Azərbaycan bayrağını zirvələrdə dalğalandıran olimpiya v..


Rəsmi iPhone 13 modelini 'Kontakt'dan ilk alanlar 300 manatlıq hədiyyə qazanacaq..

Rəsmi iPhone 13 modellərini hamıdan daha əvvəl, üstəlik ən sərfəli şərtlərlə almaq istəyirsiniz? Elə..


Azercell-dən iPhone 13, iPhone 13 Pro və iPhone 13 Mini əldə edin və 3 ay ərzind..

Azercell böyük məmnuniyyətlə oktyabrın 15-dən etibarən uzun müddətdir gözlənilən iPhone 13, iPhone 1..


Azercell-in yüksəksürətli mobil internetini çoxçeşidli və sərfəli internet paket..

“Azercell Telekom” MMC hər bir abunəçisinin internet tələbatını qarşılamağı hədəfləyərək geniş çeşid..

×