'Unudulmazlar' saytı və mobil tətbiqinin təqdimatı oldu

'Unudulmazlar' saytı və mobil tətbiqinin təqdimatı oldu

Reklam və Marketinq
31.10.2022 PAYLAŞIM

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə hazırlanan “Unudulmazlar” saytı və mobil tətbiqinin təqdimatı olub.

    Tədbirdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov, millət vəkilləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri və b. iştirak edib.

    V.Behbudov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi əsasında şəhid ailələri və müharibə veteranları ilə bağlı geniş miqyaslı sosial dəstək proqramı icra olunur.

    Proqram çərçivəsində artıq 119 min şəxsə dəstək yönümlü 243 min xidmət göstərilib. O cümlədən, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev verilib.

    Postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 284 avtomobil, ümumilikdə ötən dövrdə 7500 avtomobil təqdim edilib. 7000-ə yaxın imtiyazlı şəxs isə həmin dövrdə sanator-kurort və müalicə mərkəzlərinə yollayışla təmin olunub.

    Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmlarımız, mülki şəhidlərimiz, Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin cəmiyyətə daha yaxından tanıdılması da diqqətdə saxlanılır. “Unudulmazlar” saytı və mobil tətbiqi bu məqsədə xidmətə edir.

    Saytda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibə dövründə yazdığı tvitlər, şəhidlərimizin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin həyat və döyüş yolunu özündə əks etdirən məlumatlar, foto və videolar, təltifləri və ailə üzvləri haqqında məlumatlar təqdim olunur. Həmçinin ad, soyad, ata adı və digər kriteriyalar üzrə axtarış imkanı yaradılıb.

    Şəhidlər və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər haqqında dolğun informasiya resursu olan mobil tətbiqi hər kəs İOS və Android sistemlərindən yükləyə bilər.


Çıxış edənlər layihənin əhəmiyyətinə diqqət çəkiblər. Bildirilib ki, bu layihə qəhrəmanlarımızın həm ölkə daxilində, həm də xaricdə tanıdılmasına xidmət edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

"Her Improvement" layihəsinin birinci mərhələsi sona çatdı


Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi nəticəsində Azercell-in intern..

“Azercell Telekom” MMC şəbəkəsinin əhatə dairəsini ən innovativ texnologiyalar vasitəsilə genişləndi..


Yardıma ehtiyacı olan 2000-dən çox qadın 'Qadın Qaynar Xətti'nə müraciət edib..

Azercell-in təşəbbüsü ilə yaradılan qaynar xətt ilk 6 aylıq fəaliyyətinin nəticələrini açıqladı..


Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keç..

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,  saat 12:00-18:00-dək..


Azercell 4G Naxçıvanda!

Lider mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir


Azercell-in peşəkarları 'İT-Akademiya'sının tələbələri ilə öz təcrübələrini bölü..

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazir..

×