main-post-cover

    Internet Explorer brauzerinin tamamilə deaktiv ediləcəyi tarix açıqlanıb

    Proqram Təminatı
    Servislər
    19.12.2022
    Farid Pardashunas
        Microsoft şirkəti Internet Explorer brauzerinin tam şəkildə deaktiv ediləcəyi tarixi açıqlayıb. Beləliklə şirkətin vermiş olduğu rəsmi məlumata əsasən Internet Explorer 11 Windows 10-da 14 fevral 2023-cü il tarixində deaktiv ediləcək. Sözügedən proses Microsoft Edge yenilənməsi vasitəsilə reallaşdırılacaq. Həmin tarixdən sonra istifadəçi Internet Explorer-ə daxil olmaq istəyən zaman sistem onu Microsoft Edge brauzerinə yönləndirəcək. Bununla yanaşı istifadəçinin Internet Explorer-dəki məlumatları da avtomatik şəkildə Microsoft Edge brauzerinə köçürüləcək.
        Microsoft Edge brauzerinə köçürüləcək məlumatlar arasında keş, cookie, şifrələr və s. məlumatlar olacaq. Microsoft-un sözlərinə əsasən bu, istifadəçilərin Edge brauzerinə keçid prosesini sadələşdirməlidir. Şirkət öz növbəsində Windows 10-dan Internet Explorer-in bütün vizual linklərini siləcək. Bu isə o deməkdir ki, istifadəçilər daha əməliyyat sisteminin Taskbar Start bölmələrində Internet Explorer-in loqosunu görməyəcəklər. Qeyd etmək lazımdır ki, indiyənə kimi şirkət öz köhnə brauzerini mərhələli şəkildə deaktiv edib. Bu ilin iyun ayında Internet Explorer Windows 10 LTSC, Windows 8.1Windows Server istisna olmaqla digər bütün Windows versiyalarından silinmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər