Apple ID, iCloud və iMessage üçün əlavə təhlükəsizlik funksiyaları istifadəyə verilib

Apple ID, iCloud və iMessage üçün əlavə təhlükəsizlik funksiyaları istifadəyə verilib

Servislər
09.12.2022 PAYLAŞIM

    Apple istifadəçi məlumatlarının konfidensiallıqlarını yüksəltmək üçün nəzərdə tutulmuş 3 yeni funksiyanı təqdim edib. Birinci funksiya iMessage üçün əlavə autentifikasiya, ikinci funksiya Apple ID üçün fiziki avtorizasiya açarlarının inteqrasiyası, üçüncü funksiya isə iCloud-da end-to-end şifrələnməsi ilə bağlıdır. Apple daha öncə iMessage tətbiqinə end-to-end şifrələnməsini inteqrasiya etmişdi. Beləliklə iMessage istifadəçiləri öz çatlarındakı mesajların üçüncü tərəflər vasitəsilə izlənməməsinə əmin ola bilərlər. İndi isə messencer Contact Key Verification adlı yeni funksiyanı əldə edib. Bu funksiya messencerin təhlükəsizliyini daha üst səviyyəyə yüksəltmək üçün nəzərdə tutulub.


    Beləliklə Contact Key Verification funksiyası vasitəsilə istifadəçi həmsöhbət olduğu şəxsdən təsdiq açarını istəyə bilər. Təsdiq açarının təqdim edilməsindən sonra çatda hər iki istifadəçidə eyni kod ortaya çıxacaq. Həmin kod isə həmsöhbətdə olan şəxslərin əslində digər şəxslər olmadıqlarını təsdiq edəcək. Apple şirkəti Apple ID-yə iki faktorlu autentifikasiya sistemini hələ 2015-ci ildə inteqrasiya etmişdi. Şirkətin verdiyi məlumata əsasən hal hazırda istifadəçilərin 95% bu funksiyadan istifadə edir. Kənar fiziki təhlükəsizlik açarlarının dəstəyi isə bu funksiyanı daha da etibarlı edəcək. Yaxın zamanda Apple cihazlarının istifadəçiləri Apple ID üzərindən avtorizasiya üçün fiziki təhlükəsizlik açarlarından istifadə edə biləcəklər.

    Bu üsul Apple ID istifadəsi prosesini daha təhlükəsiz edəcək. Belə ki, yoxlanılmış şifrələrin oğurlanması yolunda müxtəlif üsullardan istifadə edən hackerlər fiziki təhlükəsizlik açarına sahib olmadan istifadəçilərin cihazlarındakı təhlükəsizlik sistemlərindən yan keçə bilməyəcəklər. Apple həmçinin Advanced Data Protection adlı proqramın işə salındığını elan edib. Sözügedən proqram çərçivəsində end-to-end şifrələnməsinin dəstəyini 23 növ məlumat kateqoriyası əldə edəcək. End-to-end şifrələnməsi həmçinin mesajların, cihazların, qeydlərin, fotoların, səsli qeydlərin və s. kimi məlumatların ehtiyat kopyalarına da inteqrasiya ediləcək.



DAHA ÇOX


Süni zəka funksiyalarına sahib Photoshop-un veb versiyası istifadəyə verilib..

Adobe şirkəti Photoshop-un sadələşdirilmiş veb versiyasını istifadəyə verib.


ChatGPT məlumatları yenidən birbaşa internetdən əldə etməyə başlayıb

OpenAI şirkəti ChatGPT çat-botunun məlumatları yenidən internetdən götürülməsi özəlliyini əldə etdiy..


Meta şirkəti özünün süni zəka əsaslı Meta AI adlı çat-botunu təqdim edib..

Meta şirkəti Meta AI adlı süni zəka köməkçisini Whatsapp, Instagram və Facebook Messenger-ə əlavə et..


Gmail-də HTML rejimin fəaliyyəti dayandırılacaq

Google şirkəti Gmail-də olacaq dəyişiklik barəsində istifadəçiləri məlumatlandırmağa başlayıb...


Google şirkəti Google Podcasts servisinin bağlanacağını elan edib

Google şirkəti Google Podcasts servisini bağlayacağını elan edib.


ChatGPT sorğuları foto və nitq vasitəsilə qəbul etməyi öyrənib

OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botu ilə qarşılıqlı əlaqə imkanlarını genişləndirib...

×