Azercell uşaqlar üçün 'Mobil TV' xidmətini istifadəyə verdi

Azercell uşaqlar üçün 'Mobil TV' xidmətini istifadəyə verdi

Servislər
04.06.2020 PAYLAŞIM

    Azercell Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə yeni xidməti təqdim edib. “NNTV Mobil TV” xidmətində yeni “Kids” (“Uşaqlar”) paketi istifadəyə verilib. Fakturalı və fakturasız xətt abunəçiləri tətbiqdə dünyanın ən sevilən və popyular uşaq TV proqramlarını izləyə biləcəklər. 

    “NNTV Kids” paketində Disney, Boomerang, Cartoon Network, Nickelodeon HD, TRT Cocuk, Detskiy mir, Karusel, Discovery Channel HD kimi ən məşhur kanallara baxmaq olar. Paketə daxil edilən kanalların müxtəlifliyi uşaqların həm əylənməsi, həm də maariflənməsinə imkan verir. 


    “NNTV Kids”ə qoşulmaq üçün telefonun ekranında sadəcə *425#YES yığmaq və ya “K” açar sözünü 4040 qısa nömrəsinə göndərmək kifayətdir. Xidmətə birinci dəfə qoşulanlara ilk 7 gün pulsuz istifadə imkanı hədiyyə edilir. 

    Ətraflı məlumat və uşaq paketinə daxil olan kanalların siyahısı ilə tanış olmaq üçün 177 nömrəsinə zəng etmək olar.  

    Azercell-in “Mobil TV” xidməti abunəçilərinə istədikləri yerdə istədikləri zaman sevilən kanalları canlı olaraq izləmək imkanı verir. Qeyd edək ki, “İdman Paketini” də ayrıca təqdim edən NNTV tətbiqi 200-dən çox baxımlı telekanalı əhatə edir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Gmail-də audio və videozənglər istifadəyə veriləcək

Google şirkəti Gmail tətbiqinin çatı daxilində istifadəçilər arasında audio və videozənglər funksiya..


Google Search-un mobil versiyasına sonsuz axtarış nəticələri səhifəsi əlavə edil..

Google Search-un mobil versiyasında böyük dəyişiklik baş verib. Baş vermiş dəyişiklik lazımi məlumat..


Google Play-dən tətbiqlərin quraşdırılması daha sürətli olacaq

Google şirkəti Google Play-dən olan tətbiqlərin quraşdırılmasının optimizasiyası funksiyasını anons ..


Netflix kənar şəxslərin hesablarından istifadə edənlərə qarşı müharibə elan edib..

Netflix servisi kənar şəxslərin istifadəçi hesablarından istifadə edən insanlarla mübarizə aparacaq ..


Microsoft ünsiyyət üçün Mesh adlı holoqrafik servisi təqdim edib (VİDEO)

Microsoft şirkəti virtual mühitdə çalışmaq və ünsiyyət qurmaq üçün nəzərdə tutulmuş Mesh adlı platfo..


Google hiyləgərcəsinə istifadəçiləri ödənişli servisə keçirtməyə çalışır..

Google şirkəti özünün Photos servisindəki premium funksiyaları aktiv şəkildə reklam etməyə başlayıb...

×