main-post-cover

    Bu yeni funksiya Google Play Store-dan olan oyunlarla bağlı vacib prosesi sürətləndirir

    Proqram Təminatı
    Servislər
    10.06.2020
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Google şirkəti Play Asset Delivery funksiyasını anons etmişdi. Bu funksiya Google Play Store platformasından ağır mobil oyunların smartfona daha sürətli yüklənməsini təmin edir. İndi isə Google elan edib ki, bu yeni funksiya artıq hamı üçün aktivləşdirilib. Bununla yanaşı şirkət onun necə çalışdığı barəsində də məlumat verib. Bu barədə Androidpolice saytı xəbər verib.
        Adətən Android üçün olan hansısa tətbiqin quraşdırılması üçün onun bütün fayllarının yüklənməsi lazım gəlir. Bura dil faylları və tətbiqin müxtəlif platformalar üçün olan versiya faylları da daxildirlər. Play Asset Delivery funksiyası vasitəsilə tərtibatçılar istifadəçinin cihazına ilk növbədə yüklənmə vacibliyinə sahib tətbiq elementlərini və yüklənməyə ehtiyac duymayan tətbiq elementlərini seçə bilərlər.
    Play Asset Delivery
        Bundan əlavə olaraq Android App Bundle sistemi resursların ayrı-ayrı paketlərə bölünməsi imkanını verir. Bu üsul ilə tətbiqin Google Play-dən yüklənməsi sürətlənir. Həmçinin bu yeni funksiya vasitəsilə tətbiqlər üçün olan yenilənmələrin yüklənmə sürətləri də yüksəlir. Əgər yüklənmə prosesi istifadəçinin oyun oynayan zaman baş verərsə o, Google Play-ə daxil olmadan və oyuna son vermədən sürətli şəkildə lazımi faylları yükləyə bilər. Play Asset Delivery funksiyası artıq bütün tərtibatçılar üçün aktivdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər