Google  daha bir servisininin fəaliyyətini dayandıracaq

Google daha bir servisininin fəaliyyətini dayandıracaq

Servislər
04.11.2022 PAYLAŞIM

    Google şirkəti müxtəlif servislərinin bağlanması ilə məşhurdur. Hələ bir neçə müddət bundan öncə şirkət özünün Stadia adlı cloud gaming servisini inkişaf etdirməkdən imtina etdi və onun bağlanacağını açıqladı. İndi isə şirkətin daha bir servisinin bağlanacağı məlum olub. Söhbət, Street View-dan gedir. Sözügedən servis şəhər küçələrini panoram şəkildə izləmək üçün nəzərdə tutulub. 9to5google saytının əməkdaşları Street View servisinin bağlanacağını tətbiqin 2.0.0.484371618 nömrəli yeni versiyasının kodunun analizi nəticəsində öyrəniblər.


    Tətbiqin daxilinə yerləşdirilmiş mətnlərdən birində qeyd edilib ki, Street View servisi 21 mart 2023-cü il tarixində bağlanacaq. Alternativ olaraq Google kompüterlər üçün nəzərdə tutulmuş Street View Studio-nu yükləməyi məsləhət görür. Smartfonlar üçün olan Street View tətbiqi sayəsində istifadəçilər bütün dünyadan olan 360 dərəcəli foto və videoları əldə edə bilirlər. Bundan əlavə olaraq istifadəçilər sözügedən servisdə özlərinin çəkmiş olduqları 360 dərəcəli foto və videoları paylaşa bilirlər. Məlumatda qeyd edilib ki, Google Maps-də küçələrin izlənməsi özəlliyi olduğun kimi qalacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple istifadəçilərin iCloud Photos-dakı fotolarının qalmaqallı skan funksiyasın..

Hələ 2021-ci ildə Apple şirkəti uşaqların təhlükəsizliklərinin təmin olunması üçün nəzərdə tutulmuş ..


Google Search-ün veb versiyasında axtarış nəticələri uzun lent şəklində əks olun..

Google Search-ün veb versiyasında bundan sonra axtarış nəticələri uzun lent formatında təqdim ediləc..


Microsoft WeChat tərzində super tətbiq yarada bilər

Verilmiş yeni məlumata əsasən Google və Apple şirkətlərinin mobil axtarış bazarında monopolist olduq..


Google Photos istifadəçiləri geolokasiya tarixçələri vasitəsilə daha izləməyəcək..

Uzun müddət ərzində Google Photos alqoritmləri geolokasiya məlumatlarına sahib olmayan fotoların çək..


Microsoft Edge brauzeri daha çox məşhurlaşmağa başlayıb

Statcounter servisi brauzerlər bazarının yeni statistikasını təqdim edib.


Samsung cihazların fərdi təmiri zamanı istifadəçilərə kömək ola biləcək tətbiqi ..

Son illərdə istifadəçilərin öz cihazlarını fərdi şəkildə təmir etmə hüquqlarını əhatə edən təşəbbüs ..

×