main-post-cover

    Google payızda ChatGPT-nin əsas rəqibini istifadəyə verəcək

    Servislər
    18.08.2023
    Emil Nəcəfov
        Bu ilin payız fəslində Google şirkəti süni zəka əsaslı yeni irimiqyaslı layihəsini təqdim edəcək. Söhbət, Gemini adlı layihədən gedir. Google şirkətinin DeepMind adlı laboratoriyasının və Brain adlı şirkət daxili komandasının mütəxəssisləri tərəfindən hazırlanan bu layihə ChatGPT ilə rəqabət aparacaq və hətta onu geridə qoymaq potensialına sahib olacaq. Keçən ilin sonunda ChatGPT-nin istifadəyə verilməsi öz növbəsində Google şirkətini öz axtarış biznesinə sıfırdan nəzər yetirməyə məcbur etdi. Həmin vaxtdan şirkət süni zəka sahəsində aktiv şəkildə çalışır.
        Bu ilin mart ayında Bard adlı çat-botunu istifadəyə verəndən sonra Google machine learning texnologiyasını öz məhsullarına inteqrasiya etməyə davam edir. Gemini-yə gəldikdə isə o özündə böyük dil modellərini və süni zəka əsasında fotoların tərtib edilməsini reallaşdıran sistemləri birləşdirir. Bu isə o deməkdir ki, Gemini mətnlərlə yanaşı həmçinin fotoların tərtib edilməsini də mümkün edəcək. Bununla yanaşı şirkət Gemini-yə tətbiqlərin səsli idarəetməsi kimi digər funksiyaları da əlavə etməyi planlaşdırır. Çox güman ki, Gemini şirkətin korporativ tətbiqləri də daxil olmaqla çoxlu sayda servisinin əsasını təşkil edəcək. Qeyd etmək lazımdır ki, sözügedən layihə üzərində nüfuzlu mütəxəssislər ilə yanaşı həmçinin Google şirkətinin həmtəsisçisi Sergey Brin də çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər