Google Photos üçün Magic Editor adlı yeni süni zəka funksiyası anons edilib

Google Photos üçün Magic Editor adlı yeni süni zəka funksiyası anons edilib

Servislər
11.05.2023 PAYLAŞIM

    Google şirkəti generativ süni zəka texnologiyalarını müxtəlif məhsullarına inteqrasiya etmək niyyətindədir. Həmin məhsulların arasında fotoların saxlanması və redaktə edilməsi üçün nəzər də tutulmuş Google Photos servisi də var. Şirkət Google I/O 2023 konfransı çərçivəsində Google Photos üçün Magic Editor adlı yeni təcrübi funksiyanı təqdim edib. Sözügedən funksiya generativ süni zəka əsasında çalışır. Bu funksiya fotoları redaktə etməklə yanaşı onları yenidən çəkmək imkanını verir. Magic Editor vasitəsilə istifadəçi fotodakı obyektlərin yerlərini və ölçülərini dəyişə, lazım olmayan elementləri aradan qaldıra və ya məsələn buludlu havanı günəşli edə bilər.


    Qeyd etmək lazımdır ki, Google Photos-da daha öncə də süni zəka əsaslı funksiyalar istifadəyə verilib. Onlara misal olaraq fotolardakı lazımsız obyektləri silməyə imkan verən Magic Eraser-i və ya fotoların detalizasiyalarını yaxşılaşdıran Magic Unblur-u gətirmək olar. Lakin Magic Editor daha geniş imkanları təklif edəcək. Belə ki, sözügedən yeni funksiya kontentləri tərtib edə və redaktə olunmağa ehtiyac duyan fotoları yenidən çəkə biləcək. Magic Editor-un əsasında dayanan neyron şəbəkəsi reallıqda çəkilməmiş fotoların tərtib edilməsində də istifadə edilə bilər. Məlumata əsasən Magic Editor funksiyası bu ilin sonuna kimi bəzi Pixel smartfonlarında aktiv olacaq.



DAHA ÇOX


Mobil tətbiq və oyun tərtibatçıları keçən il App Store vasitəsilə ümumilikdə 1 t..

Apple şirkətinin verdiyi məlumata əsasən App Store ekosistemi mobil tətbiq və oyun tərtibatçılarına ..


Mozilla Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqrasiya edəcək

Verilmiş məlumata əsasən Mozilla şirkəti özünün Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqra..


Apple şirkətinin My Photo Stream adlı pulsuz bulud servisi yaxın zamanda bağlana..

Apple istifadəçilərə xəbər verib ki, fotoların cihazlar arasında sinxronlaşdırılması üçün nəzərdə tu..


ChatGPT-nin iOS üçün olan tətbiqi Azərbaycanda da istifadəyə verilib

OpenAI şirkəti keçən həftənin sonunda ChatGPT-nin iOS üçün nəzərdə tutulmuş tətbiqini istifadəyə ver..


Google Youtube Shorts videoları üçün mətnli təsvirlər tərtib edən neyron şəbəkəs..

Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı komandası öz yeni layihəsində..


Opera brauzerinə Aria adlı süni zəka çat-botu əlavə edilib

Digər şirkətlərlə yanaşı Opera da süni zəka texnologiyaları vasitəsilə öz brauzerinin imkanlarını ge..

×