main-post-cover

    Google Search-un mobil versiyasına sonsuz axtarış nəticələri səhifəsi əlavə edilib

    Proqram Təminatı
    Servislər
    15.10.2021
    Emil Nəcəfov
        Google Search-un mobil versiyasında böyük dəyişiklik baş verib. Baş vermiş dəyişiklik lazımi məlumatın axtarış prosesini daha da sadələşdirmək üçün nəzərdə tutulub. Google Search-də reallaşdırılmış yeni özəllik artıq ABŞ-da test olunur və yaxın gələcəkdə hamı üçün aktiv ediləcək. Söhbət, axtarış nəticələrinin aşağı istiqamətdə sürüşdürülməsi zamanı kontentlərin avtomaik olaraq səhifəyə yüklənmələrindən gedir. Beləliklə istifadəçilər bundan sonra axtarış nəticələrini öyrənmək üçün fərdi şəkildə səhifələr arasında keçid etməli olmayacaqlar.
    Google
        Belə ki, axtarış nəticələri səhifəsinin sonuna yaxınlaşan zaman növbəti nəticələr bloku avtomatik olaraq səhifəyə yüklənəcək. Başqa sözlə desək, smartfon və ya planşet istifadəçisi sadəcə olaraq axtarış nəticələrini yalnız aşağı sürüşdürməli olacaq. Buna bir növ sonsuz axtarış növü də demək olar. Hal hazırda bu yeni özəllik yalnız ABŞ-dan olan istifdəçilər üçün aktivdir. Lakin yaxın zamanda yeni funksiyanın bütün dünyada aktiv olacağı gözlənilir. İlk növbədə yeni funksiya ingilis dilli ölkələrdə aktivləşəcək və daha sonra onun digər dillər üçün inteqrasiyası reallaşdırılacaq.
    Linki kopyala