
Google şirkəti proqramçılara yardım üçün nəzərdə tutulmuş Codey adlı süni zəka əsaslı çat-botu anons edib
Google şirkəti Google I/O 2023 konfransı çərçivəsində proqramçılara yardım üçün nəzərdə tutulmuş süni zəka əsaslı çat-botu təqdim edib. Təqdim edilmiş çat-bot Google Codey adını əldə edib və o, GitHub-ın Copilot alətinin rəqibidir. Google Codey-nin əsasında eyniadlı neyron şəbəkəsi dayanır. Həmin neyron şəbəkəsinin əsasını isə PaLM 2 adlı böyük dil modeli təşkil edir. Google Codey proqram təminatı kodlarının yazılması zamanı proqramçının köməkçisi rolunda çıxış edir.
Şirkət Codey-ni böyük həcmli açıq mənbəli kodlar vasitəsilə təlimatlandırıb. Təlimatlandırmada həmçinin Google şirkətinin məhsullarındakı kodlar da istifadə edilib. Google Codey şirkət servislərinin ekosisteminin inteqrasiyasını əldə edib. Google Codey-də Go, Java, JavaScript, Python və SQL kimi proqramlaşdırma dillərinin dəstəyi mövcuddur. Google Codey ilk növbədə şirkətin məhdud sayda müştərisi üçün aktivdir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...