İstifadəçilər Bing-in süni zəka əsaslı çat-botunun cavablarını artıq sosial şəbəkələrdə paylaşa bilərlər

İstifadəçilər Bing-in süni zəka əsaslı çat-botunun cavablarını artıq sosial şəbəkələrdə paylaşa bilərlər

Servislər
22.03.2023 PAYLAŞIM

    Microsoft şirkəti Bing axtarış sistemi daxilində GPT-4 dil modeli əsasında çalışan Bing Chat-dan istifadə təcrübəsinin istifadəçilər arasında yayılmasını istəyir. Buna görə də şirkət Bing Chat-a Share düyməsini əlavə edib. Sözügedən düymə Bing daxilindəki çat-botun təqdim etdiyi cavabları Facebook, Twitter Pinterest-də paylaşmaq imkanını verəcək. Təbii ki, istifadəçilər bu düymənin istifadəyə verilməsindən daha öncə çat-botun maraqlı cavablarını screenshot fotolar formatında digərləri ilə bölüşürdülər.


    Lakin Share düyməsi vasitəsilə bunu etmək daha da asan olacaq. Share düyməsi çat-bot tərəfindən tərtib edilən cavabın sosial şəbəkələrdə paylaşılmasından əlavə olaraq həmin cavaba daimi linkin hazırlanması imkanını da verir. Bu cür linkə klikləyən zaman istifadəçi Bing çatının pəncərəsinə yönləndirilir və həmin pəncərədə bot tərəfindən tərtib edilmiş cavab ilə əlavə ətraflı məlumatlar əks olunur. Bu zaman linkə daxil olmuş istifadəçi hətta linki yaratmış istifadəçinin cavablarını da izləyə bilər.



DAHA ÇOX


Huawei özünü süni zəka əsaslı çat-botunu istifadəyə verməyə hazırlaşır..

Hələ 2021-ci ildə Huawei şirkəti özünün Pangu adlı böyük dil modelini yaratmışdı.


Mobil tətbiq və oyun tərtibatçıları keçən il App Store vasitəsilə ümumilikdə 1 t..

Apple şirkətinin verdiyi məlumata əsasən App Store ekosistemi mobil tətbiq və oyun tərtibatçılarına ..


Mozilla Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqrasiya edəcək

Verilmiş məlumata əsasən Mozilla şirkəti özünün Firefox brauzerinə süni zəka əsaslı çat-botu inteqra..


Apple şirkətinin My Photo Stream adlı pulsuz bulud servisi yaxın zamanda bağlana..

Apple istifadəçilərə xəbər verib ki, fotoların cihazlar arasında sinxronlaşdırılması üçün nəzərdə tu..


ChatGPT-nin iOS üçün olan tətbiqi Azərbaycanda da istifadəyə verilib

OpenAI şirkəti keçən həftənin sonunda ChatGPT-nin iOS üçün nəzərdə tutulmuş tətbiqini istifadəyə ver..


Google Youtube Shorts videoları üçün mətnli təsvirlər tərtib edən neyron şəbəkəs..

Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı komandası öz yeni layihəsində..

×