main-post-cover

    İtmiş Android cihazı hətta internetə qoşulmadan da tapmaq mümkün olacaq

    Proqram Təminatı
    Servislər
    23.12.2022
    Farid Pardashunas
        Google şirkəti Find My Device servisini təkmilləşdirmək niyyətindədir. Qeyd etmək lazımdır ki, bu servis Android smartfonların və onlarla bağlı olan digər cihazların yerlərini təyin etmək üçün nəzərdə tutulub. Bu aykı sistem yenilənməsi vasitəsilə sözügedən servis üzərindən hətta internetə qoşulu olmayan Android cihazları da tapmaq mümkün olacaq. “Find My Device servisi konfidensiallığın təmin olunması üçün nəzərdə tutulmuş yeni framework sayəsində Android cihazın son yerləşdiyi yer barəsində şifrələnmiş hesabatları dəstəkləyir” - deyə Google şirkəti qeyd edib. Bu yenilənmə isə o deməkdir ki, bundan sonra itmiş Android cihazı hətta internetə qoşulu olmadığı halda da tapmaq mümkün olacaq.
        Servisin daha öncəki versiyasında cihazın mütləq şəkildə internetə qoşulu olması ciddi məhdudiyyət idi. İndi isə Android smartfonlar Bluetooth vasitəsilə bir-biriləri ilə əlaqə yaradaraq yaxınlıqda yerləşən cihazlar barəsində məlumatları ötürə bilərlər. Məlumatda qeyd edilib ki, bu halda ötürülən məlumatlar şifrələnmiş şəkildə olurlar və smartfonların istifadəçiləri yaxınlıqda olan cihazların harda yerləşdiklərini öyrənə bilməyəcəklər. Bu məlumat yalnız Google şirkətində olacaq. Qeyd etmək lazımdır ki, itmiş cihazların axtarılması məsələsində buna bənzər mexanizmdən həmçinin Apple Samsung cihazlarında da istifadə edilir. Find My Device servisinin bu yeni imkanının istifadəçilər arasında nə zaman istifadəyə veriləcəyi barəsində məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər