main-post-cover

    Mobil tətbiq və oyun tərtibatçıları keçən il App Store vasitəsilə ümumilikdə 1 trilyon dollardan çox gəlir əldə ediblər

    Proqram Təminatı
    Servislər
    01.06.2023
    Emil Nəcəfov
        Apple şirkətinin verdiyi məlumata əsasən App Store ekosistemi mobil tətbiq və oyun tərtibatçılarına 2022-ci ildə ümumilikdə 1.1 trilyon dollar gəlir gətirib. Bununla yanaşı məlumatda qeyd edilib ki, iOS üçün nəzərdə tutulmuş tətbiqlər ABŞ ilə Avropada ümumilikdə 4.8 milyon iş yerinin mövcud olmasına səbəb olublar. Analysis Group şirkətinin analitiklərinin hesablamalarına əsasən App Store tərtibatçılarının gəlirləri 2021-ci ildən 2022-ci ilə qədər 29% yüksəlib.
        Ən böyük uğura isə nisbətən kiçik şirkətlərin tərtibatçıları imza atıblar. Belə ki, onların App Store vasitəsilə əldə etdikləri gəlirlər 2020-ci ildən 2022-ci ilə qədər 71% yüksəlib. App Store tərtibatçıları fiziki məhsullar ilə xidmətlər vasitəsilə 910 milyard dollar, tətbiqlərdəki reklamlar vasitəsilə 108 milyard dollar və rəqəmsal məhsullar ilə xidmətlər vasitəsilə isə 104 milyard dollar qazanıblar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər