main-post-cover

    OpenAI şirkəti ChatGPT-nin korporativ versiyasını istifadəyə verib

    Proqram Təminatı
    Servislər
    30.08.2023
    Farid Pardashunas
        OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunun korporativ versiyasını təqdim edib. Çat-botun bu versiyası korporativ məlumatların konfidensiallıqlarının qorunması üçün nəzərdə tutulub. Bir çox şirkətlər öz fəaliyyətlərinə süni zəka sistemlərini inteqrasiya etməyi nəzərdən keçirirlər. Lakin bu mövzuda onların qarşısında dayanan əsas maneə məlumatların qorunması məsələsidir. OpenAI bildirib ki, ChatGPT-nin korporativ versiyası olan ChatGPT Enterprise yüksək səviyyəli təhlükəsizliyi, konfidensiallığı və GPT-4 dil modelindən limitsiz istifadəni təklif edir.
        Təhlükəsizlik və konfidensiallıqla bağlı problemlər biznes təmsilçilərini ciddi şəkildə narahat edirlər. Onlar narahatdırlar ki, onların məlumatları ChatGPT-nin təlimatlandırılmasında istifadə ediləcək. Müştərilərin və şirkətlərin konfidensial məlumatları toxunulmaz olaraq qalmalıdırlar. OpenAI bildirib ki, ChatGPT Enterprise istifadəçiləri öz məlumatlarını tam şəkildə idarə edə biləcəklər və həmin məlumatlar çat-botun əsasında dayanan dil modellərinin təlimatlandırılmasında istifadə edilməyəcəklər. ChatGPT-nin korporativ versiyası adi versiyadan və aylıq ödənişli ChatGPT Plus-dan ayrılıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər