main-post-cover

    Proqram təminatı kodlarının tərtibatı üçün StableCode adlı yeni sistem təqdim edilib

    Proqram Təminatı
    Servislər
    09.08.2023
    Farid Pardashunas
        Mətnli təsvirlər əsasında fotoların tərtib edilməsi ilə məşğul olan Stable Diffusion adlı neyron şəbəkəsinin yaradıcısı olan Stability AI şirkəti yeni neyron şəbəkəsini təqdim edib. Təqdim edilmiş yeni neyron şəbəkəsi StableCode adını əldə edib və o, proqram təminatı kodlarının tərtib olunması üçün nəzərdə tutulub. Şirkətin fikrincə StableCode tərtibatçılara gündəlik işlərdə və yeni texnologiyaların mənimsənilməsində yardımçı olacaq.
        Məlumatda qeyd edilib ki, StableCode-un daxilində proqram təminatını tərtib etməyə imkan verən bir neçə böyük dil modeli mövcuddur. Neyron şəbəkəsinin tərkibində olan baza dil modeli 200-dən çox proqramlaşdırma dili vasitəsilə yazılmış proqram təminatı kodu sayəsində təlimatlandırılıb. Əlavə olaraq baza dil modeli Python, Go, Java, JavaScript, C, C++ kimi məşhur proqramlaşdırma dilləri əsasında da təlimatlandırılıb. Stability AI şirkəti bildirib ki, digər analoqlardan fərqli olaraq StableCode ən böyük kod fraqmentlərini tərtib edə bilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər