main-post-cover

    Skype-da real zaman ərzində nitqin tərcüməsi funksiyası istifadəyə verilib (VİDEO)

    Proqram Təminatı
    Servislər
    21.12.2022
    Farid Pardashunas
        Microsoft şirkəti Skype servisinə faydalı tərcümə funksiyasını əlavə edib. Sözügedən yeni funksiya müxtəlif dillərdə danışan şəxslərin söhbət zamanı dil məhdudiyyətlərini aradan qaldırmaq üçün nəzərdə tutulub. Skype-da istifadəyə verilmiş bu funksiya nitqin təyini və sintezi mexanizmləri əsasında çalışır. Lakin funksiyanın işə salındığı zaman Skype üzərindən söhbət edən şəxslər bir-birilərinin səslərini ənənəvi robot səsi tərzində eşitmirlər. Belə ki, sistem tərcümə edilmiş nitqi söhbətdə iştirak edən hər bir şəxs üçün unikal olaraq seçilmiş səs tərzində təqdim edir.
        Microsoft bu texnologiyanın necə çalışması barəsində məlumatları Skype-ın rəsmi bloqunda təqdim edib. Beləliklə bundan sonra hər bir şəxs Skype-da videozəng çərçivəsində real zaman ərzində səs tərcüməsi funsiyasını aktivləşdirə bilər. Bununla belə sözügedən sistem tərcümə edilmiş nitqi, nitqi səsləndirmiş şəxsin səsini imitasiya edərək təqdim edəcək. Şirkət bildirib ki, sözügedən sistem çərçivəsində süni zəka alqoritmi hər bir şəxsin hansı dildə danışdığını avtomatik şəkildə təyin edir.
        Daha sonra sistem nitqin özünü təyin edir, onun tərcüməsini reallaşdırır və sonda tərcümə edilmiş mətni nitqi səsləndirmiş şəxsin səsinə yaxın olan səs tərzi vasitəsilə digər dinləyicilər üçün səsləndirir. Məlumatda qeyd edilib ki, funksiyanın ayarlarında istifadəçinin səsinin imitasiyası özəlliyini deaktiv etmək olar. Bu halda dinləyicilər standart robot səsini eşidəcəklər. Nitqin real zaman ərzində tərcümə edilməsi funksiyasını zəng zamanı Skype-ın sürətli ayarlar bölməsində aktivləşdirmək olar. Yaxın aylar ərzində bu funksiya həmçinin qrup zəngləri üçün də aktiv olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər