main-post-cover

    Süni zəka əsaslı Bing Chat çat-botuna Chrome brauzerinin dəstəyi əlavə edilib

    Proqram Təminatı
    Servislər
    30.08.2023
    Farid Pardashunas
        Süni zəka əsaslı Bing Chat çat-botu Chrome brauzerinin Windows, Mac Linux versiyalarında aktivləşdirilib. Beləliklə bundan sonra istifadəçilər Chrome brauzerinin sadalanmış versiyalarında Bing.com-a daxil olduqları zaman səhifənin yuxarı hissəsində əks olunan Bing Chat funksiyasından istifadə edə biləcəklər. Qeyd etmək lazımdır ki, daha öncə sözügedən çat-bot yalnız Microsoft Edge brauzerində aktiv idi. Microsoft-un bütün səylərinə baxmayaraq Edge brauzerinin bazardakı payı yüksəlmədi.
        Əgər əvvəllər şirkət öz məhsullarının rəqib şirkətlərin istifadəçilərində məhdudlaşdırılmış şəkildə istifadəsi strategiyası üzrə gedirdisə, indi bu vəziyyət dəyişib. Bing Chat-ın müəyyən müddət ərzində yalnız Edge brauzerində aktiv olmasından sonra ona Chrome brauzerinin dəstəyi də əlavə edilib. Şirkət həmçinin digər brauzerlərin də desktop və mobil versiyalarında Bing Chat-ın dəstəyini reallaşdıracaq. Lakin digər brauzerlərdə bunun nə zaman baş verəcəyi dəqiq bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər