main-post-cover

    Süni zəka əsaslı GPT-4 dil modeli iPhone üçün tətbiq yaratmağı öyrənib

    Proqram Təminatı
    Servislər
    20.03.2023
    Emil Nəcəfov
        Morten Just adlı tərtibatçı süni zəka əsaslı GPT-4 dil modelinin imkanlarını sərgiləyib. Onun sözlərinə əsasən sözügedən dil modeli mətnləri yaxşı təyin edərək cavablar tərtib etməklə yanaşı həmçinin daha qəliz tapşırıqları da həll edir. Buna misal olaraq App Store üçün proqram təminatının hazırlanmasını gətirmək olar. GPT-4-ün imkanlarını yoxlamaq üçün tərtibatçı ondan SwiftUI proqramlaşdırma dili vasitəsilə iPhone üçün tətbiq yaratmağı istəyib.

    Süni zəka əsaslı dil modelinin qarşısına qoyulmuş tapşırığa əsasən yaradılması planlaşdırılan tətbiq hər gün istifadəçiyə 5 yeni flm məsləhət görməli, onların trailer-lərini göstərməli və məsləhət görülən filmləri izləməyə imkan verən online platformaların siyahısını təqdim etməli idi.

    ChatGPT
        Nəticədə GPT-4 bu kriteriyalara uyğun gələn tətbiqin kodunu tərtib edib. Morten Just-ın sözlərinə əsasən GPT-4 tərəfindən tərtib edilmiş proqram təminatı kodu tamamilə işlək olub. Bununla belə məlumatda qeyd edilib ki, kodun ilk versiyasında bəzi səhvlər ortaya çıxıb. Lakin GPT-4 həmin səhvləri operativ şəkildə aradan qaldırıb və həmin səhvlərin ortaya çıxması səbəbilə hətta üzr də istəyib. GPT-4 tərəfindən tərtib edilmiş proqram təminatı kodunun ilk versiyası ilə GitHub-da tanış olmaq olar.
    Linki kopyala