main-post-cover

    Elon Musk Twitter-ə səsli və video zəngləri əlavə etməyi planlaşdırır

    Sosial Media
    23.11.2022
    Emil Nəcəfov
        Elon Musk-ın Twitter daxilində şirkət əməkdaşları ilə keçirtmiş olduğu görüş çərçivəsində o, qeyd edib ki, sosial şəbəkənin mesajlar bölməsinə end-to-end şifrələnməsini, səsli və video zəngləri əlavə etməyi planlaşdırır. Twitter-in mesajlar bölməsi indiyənə kimi heç zaman etibarlı ünsiyyət vasitəsi olmayıb. 2018-ci ildə Twitter təmsilçiləri etiraf etmişdilər ki, şirkətlərin öz müştəriləri ilə Twitter daxilindəki ünsiyyətləri 2 il ərzində üçüncü tərəflər üçün açıq şəkildə olub.
        Sosial şəbəkə dəfələrlə mesajlar üçün end-to-end şifrələnməsi funksiyasını təxirə salıb. İndi isə Musk-ın Twitter 2.0 strategiyası çərçivəsində mesajlara end-to-end şifrələnməsinin əlavə edilməsinin vacibliyi qeyd edilib. Bununla yanaşı Musk sosial şəbəkəyə səsli və video zəngləri əlavə etməyi planlaşdırır. Bu halda sosial şəbəkə Signal messencerinin yaxşı alternativi rolunda çıxış edə bilər. Belə ki, Signal messenceri qeydiyyat zamanı istifadəçilərdən hələ də telefon nömrəsinin daxil edilməsini tələb edir.
    Linki kopyala