Facebook'a istifadəçi üzü vasitəsilə autentifikasiya üsulu gəlir

Facebook'a istifadəçi üzü vasitəsilə autentifikasiya üsulu gəlir

Sosyal Medya
06.11.2019 PAYLAŞIM

    Facebook şirkəti fake istifadəçi hesabları ilə mübarizə üçün yeni funksiya üzərində çalışır. Belə ki, sosial şəbəkə veb kamera vasitəsilə istifadəçi üzünün skan funksiyasını hazırlayır. Bu barədə Digger.ru saytı xəbər verib. Sözügedən funksiyanı tərtibatçı Jane Manchun Wong aşkar edib. O öz Twitter hesabında sözügedən yeni funksiyanın GIF animasiyasını paylaşıb. Daha sonra Facebook-un özü yeni funksiyanın möcvudluğunu təsdiqləyib. Sosial şəbəkə tərəfindən hazırlanmış yeni interfeys istifadəçidən öz üzünün müxtəlif bucaq altında çəkilməsini tələb edir.

Embedded video

    Bu bir növ iPhone istifadəçisinin Face ID texnologiyasını ayarlamasına bənzəyir. Facebook-un verdiyi məlumata əsasən bu funksiya sosial şəbəkədə olan çoxlu sayda fake istifaçi hesabı və bot ilə mübarizə üçün lazımdır. Bununla belə şirkət onu da əlavə edib ki, bu yeni üsul istifadəçi üzünün skan texnologiyası deyil. Yeni üsul sadəcə olaraq istifadəçinin baş hərəkətlərini təyin edir və onun üzünün videoda olub-olmadığını yoxlayır. Şirkət qeyd edib ki, həmin məlumatları özündə saxlamayacaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Azercell-in Rominqi millər qazandırır!

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq üçün “Azercell Telekom” MMC öz xidmətlərini təkmil..


Barama-nın yeni akselerasiya proqramı başlayır

Startap inkişafını sürətləndirməyi hədəfləyən Barama İnnovasiya və Sahibkarlıq mərkəzi beynəlxalq və..


Facebook özündə Instagram'ın vacib özəlliyini test edir

Facebook özündə "Məşhur fotolar" bölməsi yaradaraq Instagram-ın bəzi elementlərini kopyala..


Azercell-in dəstəyi ilə sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirilib

“Azercell Telekom” MMC, UNİCEF-in Azərbaycan nümayəndəliyi, BP və Toyota şirkətlərinin dəstəyi, Azər..


Instagram bütün dünya üzrə like saylarının gizlədilməsinin testinə start verdi..

Instagram fotoservisi digər istifadəçilərdən paylaşımlardakı like saylarının gizlədilməsi funksiyası..


Instagram'a TikTok'dakı kimi video redaktor əlavə oluna bilər

Instagram-da yeni funksiyalar barəsində məlumatlar verən tərtibatçı Jane Manchun Wong Instagram-da T..