main-post-cover

    Fecebook Messenger'ə Dark Mode rejimi əlavə olunub

    Sosial Media
    03.03.2019
    Emil Nəcəfov
        Facebook Messenger-ə sonunda Dark Mode rejimi əlavə olunub. Lakin həmin rejimi messencerin ayarlarından aktivləşdirmək mümkün deyil. Çünki messencerin ayarlarında həmin rejim əks olunmayıb. Messenger-də Dark Mode rejimini çox maraqlı yol ilə aktivləşdirmək mümkündür. Bu barədə XDA-Developers saytı xəbər verib. Beləliklə saytın verdiyi məlumata əsasən Messenger-də Dark Mode rejimi yeni əlavə olunmuş yarımay emojisi vasitəsilə aktivləşdirilir. Həmin emoji Yer kürəsi, günəş, ulduzlar və s. kimi emojilər ilə birlikdə Messenger-ə əlavə olunub.

        Deməli Messenger-də Dark Mode rejimini aktivləşdirmək üçün sadəcə olaraq yarımay emojisini digər istifadaçiyə messencer vasitəsilə göndərmək lazımdır. Bunu edəndən sonra emojini göndərmiş şəxsin qarşısına “Siz gecə rejimini aşkar etdiniz” bildirişi çıxacaq. Bundan əlavə olaraq sizin dostlarınız da sizə Ay emojisini göndərməklə Dark Mode rejimini aktivləşdirə bilərlər. Lakin Dark Mode rejiminin aktivləşdirilməsindən sonra daha bir bildiriş əks olunur və həmin bildirişdə sözügedən rejimin hazırlanmasının artıq final mərhələdə olduğu qeyd olunur. Buna görə də Dark Mode rejimi bəzi istifadəçilərdə hələki aktivləşməyə bilər. Sözügedən yenilik hələki Android cihazlar üçündür.

    Linki kopyala