Logo
    main-post-cover

    Instagram-da buraxılması qeyri-mümkün reklam elanları test edilir

    Sosial Media
    05.06.2024
    Emil
         Instagram-da reklam fasiləsi özəlliyinin testinə start verilib. Reklam fasiləsi çərçivəsində Instagram istifadəçiyə buraxılması mümkün olmayan reklamları sərgiləyir. Məlumatda qeyd edilib ki, test rejimində reklam elanları istifadəçinin ana səhifəni və ya Stories paylaşımlarını izlədiyi zaman sərgilənir. Tətbiq daxilindəki kontentləri müəyyən sahəyə kimi sürüşdürdükdən sonra ona reklam elanları sərgilənir. Bununla belə reklam elanlarını buraxmaq mümkün deyil və istifadəçi məcburi şəkildə onları izləməlidir.
         Reklam elanı sərgilənən zaman isə ekranda reklam fasiləsi işarəsi əks olunur və reklamın bitəcəyi ana kimi geri sayım işə düşür. Bu, bir növ YouTube-da videoların izlənməsi zamanı istifadəçiyə sərgilənən reklamları xatırladır. Lakin Instagram-dan fərqli olaraq YouTube-da bəzi reklamları sona qədər izləmədən onları buraxmaq mümkündür. Sponsorlu postlar və reklamlar artıq Instagram-ın ana səhifəsində və Reels bölməsində orqanik kontentlərlə növbələşirlər. Lakin buraxılması mümkün olmayan reklam elanları çox güman ki, Instagram istifadəçilərini heç də xoş etməyəcəklər.
    Paylaş