Logo
    main-post-cover

    Instagram-da paylaşım sırasını dəyişmək artıq mümkündür

        Instagram istifadəçilərinin illərdir gözlədiyi funksiyanı istifadəyə verib. Artıq paylaşımlarınızı yalnız paylaşım tarixinə görə deyil, istədiyiniz qaydada profil şəbəkəsində (grid) yerləşdirə bilərsiniz.
        Bu yenilik ilk dəfə təxminən bir il əvvəl Instagram rəhbəri Adam Mosseri tərəfindən elan edilmişdi. İndi isə funksiya bütün dünyada istifadəçilər üçün aktivləşdirilib. Meta bildirib ki, bu xüsusiyyətin hazırlanması vaxt aparsa da, onu düzgün şəkildə təqdim etmək istəyiblər.
        Əslində, Instagram-da paylaşımların yerini dəyişmək imkanı uzun müddətdir istifadəçilərin ən çox tələb etdiyi funksiyalardan biri idi. Hətta tətbiqlərdə gizli funksiyaları aşkar etməsi ilə tanınan Alessandro Paluzzi 2022-ci ildə tətbiqdə “Edit Grid” seçimini aşkar etmişdi.
        Yeni funksiyadan istifadə etmək üçün profilinizə daxil olub istənilən paylaşımın üzərinə uzun basmaq kifayətdir. Açılan menyuda artıq “Pin to main grid” və “Archive” seçimləri ilə yanaşı “Reorder grid” seçimi də görünəcək. Bu bölmədə paylaşımları sürüşdürərək istədiyiniz qaydada yerləşdirə bilərsiniz.
        Qeyd edək ki, profilə sabitlənmiş (pinned) paylaşımlar yenə də ən yuxarıda qalacaq və grid düzənləmə ekranında ayrıca işarələnəcək.
    Paylaş