
Instagram-da test məqsədli Reels funksiyası istifadəyə verilib
Sosial Media
11.12.2024
Emil
Instagram tərtibatçıları məşhur servisə yeni funksiya əlavə ediblər. Söhbət, test məqsədli Reels paylaşımlardan gedir. Bu funksiya istifadəçiyə qısa Reels videonu öz abunəçiləri ilə paylaşmamaq imkanını verir. Sözügedən funksiya çərçivəsində istifadəçinin Reels videosu onun abunəçilərinə deyil, Instagram-ın digər istifadəçilərinə təqdim ediləcək. Bu yeni funksiya öz Reels videosunu paylaşmaqda tərəddüd edən istifadəçilər üçün nəzərdə tutulub.
Belə ki, istifadəçilər öz Reels videolarının abunəçilər tərəfindən necə reaksiyalar əldə edəcəklərini öncədən bilmirlər. Buna görə də Instagram bu cür imkanı təqdim edib. İstifadəçi test məqsədli Reels-i öz abunəçiləri ilə deyil, digər istifadəçilər ilə bölüşməklə videonun istifadəçilər tərəfindən necə qarşılanacağını yoxlaya biləcək. Qeyd etmək lazımdır ki, bu funksiya vasitəsilə paylaşılan Reels istifadəçinin hesabında əks olunmayacaq və onun abunəçilərinə sərgilənməyəcək. Lakin paylaşımdan 24 saat sonra istifadəçi videonun statistikasına nəzər yetirə biləcək.

Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
