main-post-cover

    Instagram Stories'ə xeyriyyə layihələri üçün ianələrin toplanması stikeri əlavə olunacaq

    Sosial Media
    19.02.2019
    Farid Pardashunas
        Instagram Stories-ə xeyriyyəçilik layihələri üçün ianə yığımı stiker əlavə olunacaq. Bu barədə Techcrunch saytı xəbər verib. Sözügedən funksiya hələki test rejinindədir və adi istifadəçilər üçün aktiv deyil. Bu funksiyanı ilk olaraq tərtibatçı Jane Manchun Wong fotoservisin kodunda aşkar edib.
        Məlumata əsasən Instagram-a həmçinin xeyriyyə layihələrinin axtarış sistemi də əlavə olunacaq. Həmin layihələri istifadəçilər öz Stories-lərinə ağ ürəyin əks olunduğu göy rəngli stiker ilə birlikdə əlavə edə biləcəklər. Bu vasitə ilə digər istifadəçilər hansısa xeyriyyə layihəsinə ianə göndərə biləcəklər.

        Instagram təsdiq edib ki, sözügedən funksiya bu il Stories bölməsinə əlavə ediləcək. Qeyd etmək lazımdır ki, Facebook sosial şəbəkəsi xeyriyyə layihələrinə ianələrin yığılması funksiyasına artıq sahibdir. Şirkət onu 2015-ci ildə sosial şəbəkəyə əlavə etmişdi. Keçən ilin noyabr ayında şirkət bldirmişdi ki, sözügedən funksiyanın istifadəyə verildiyi vaxtdan bəri istifadəçilər ümumilikdə 1 milyard dollardan çox ianə toplaya biliblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər