
Mark Zuckerberg-in qəribə şalvarı, internet istifadəçiləri arasında böyük müzakirəyə səbəb oldu
Sosial Media
20.09.2017
Emil
Mr Patriarch™ adlı mikroblogger, şəhər gəzintisinə çıxmış Mark Zuckerberg-in qəribə cins şalvarına fikir verib.
Belə ki, həmin
şalvar, Mark-ın dizlərinin hər iki tərəfə bükülməsi effektini yaradır.
Mikrobloggerin fikrincə bu cür hal bir daha onu təsdiq edir ki, Mark
Zuckerberg, reptiloiddir.
“Zuckerberg-in dizləri önə deyil, arxaya bükülür. Reptiloidlər onu düzgün şəkildə yaratmayıblar” – deyə mikroblogger qeyd edib.
Mikrobloggerin bu versiyası ilə minlərlə istifadəçi
razılaşdı və bu post, 1 sutka ərzində bütün sosial şəbəkəyə yayıldı. Müxtəlif
mikrobloggerlər isə Mark-ın mənşəyi və onun səhhətinin necə olması barəsində
versiyalarını bölüşdülər. Kimisi düşündü ki, o, oynaqların anomaliyasından əziyyət
çəkir, kimisi isə düşündü ki, o, Yer kürəsini idarə etmək üçün göndərilmiş
yadplanetli canlıdır.
İstifadəçilərin bir hissəsi isə fikir verdilər ki, bəzi
fotolarda Mark, şortikdə əks olunub və onun ayaqları tamamilə normal vəziyyətdədir.
Gizli söz söhbətlərin tərəfdarları qeyd etdilər ki, Zuckerberg, klona sahibdir.
Bütün bunlara baxmayaraq bir faktı inkar etmək olmaz ki, həmin qəribə şalvarda
Zuckerberg, bir qədər gülməli görünür.
Zuckerberg's legs bend forward instead of back. The reptilians made a mistake when assembling him pic.twitter.com/ouuqPHnIpf— Mr Patriarch™ (@MrPatriarch11) 18 сентября 2017 г.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F36-nın xarici görünüşü və bəzi texniki imkanları ortaya çıxıb
