Məşhur otellər şəbəkəsi Marriott Airbnb servisinin rəqibini istifadayə verəcək

Məşhur otellər şəbəkəsi Marriott Airbnb servisinin rəqibini istifadayə verəcək

Sosyal Medya
30.04.2019 PAYLAŞIM

    Məşhur beynəlxalq otellər şəbəkəsi olan Marriott yaşayış üçün mənzil icarəsi servisini istifadəyə verəcək. Beləliklə şirkət bu sahədə fəaliyyət göstərən məşhur Airbnb servisi ilə rəqabət aparmaq niyyətindədir. Bu barədə The Wall Street Journal saytına istinadən Rusbase saytı xəbər verib. Marriott-un planına əsasən öz evlərini yeni servisdə icarəyə verəcək partnyor icarədarlar xüsusi xallar əldə edəcəklər. Daha sonra onlar həmin xallar vasitəsilə otellər şəbəkəsinin otellərində (Sheraton, Ritz-Carlton və s.) özləri üçün nömrələr bron edə biləcəklər.

    Məlumata əsasən daha öncə Marriott otellər şəbəkəsi Airbnb servisini özü üçün rəqib kimi görmürdü. Lakin indi bir neçə otellər şəbəkəsi yaşayış üçün mənzil icarəsi servisini istifadəyə vermək istəyir. Onların arasında Hilton Worldwide HoldingsHyatt Hotels kimi məşhur otellər şəbəkəsi var. Bununla paralel olaraq Airbnb servisinin özü ənənəvi otel biznesi istiqamətinin imkanlarını araşdırır.

    Qeyd etmək lazımdır ki, bu ilin mart ayında Airbnb servisi Hotel Tonight adlı servisi almışdı. Həmin servis otellərdə endirimlə otaq nömrələrinin axtarılması imkanını verir. Aprel ayının əvvəlində isə Airbnb etiraf etmişdi ki, o, otel nömrələrinin bronlaşdırılması sahəsində fəaliyyət göstərən Hindistanın Oyo adlı şirkətində pay sahibidir. Airbnb öz maliyyə göstəriciləri barəsində məlumat vermir. Lakin servisin sözlərinə əsasən son 2 il gəlirli olub. Servisin verdiyi məlumata əsasən 2018-ci ilin üçüncü rübü 1 milyard dollardan bir qədər çox gəlir gətirib.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Lazım olan anda 189 TAXI sizinlədir – VİDEO

“Sizə lazım olan anda” – Azərbaycanda ilk taksi xidməti olan 189 TAXI-nin yeni şüarıdır...


'Uşaq Qaynar Xətt' xidməti artıq qısa nömrədə

Psixi Sağlamlıq gününə həsr olunan konfransda Azercell-in təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətini..


Instagram fərdi məlumatların üçüncü tərəfə ötürülməsini idarə etməyə imkan verəc..

Instagram-a fərdi məlumatların üçüncü tərəfə ötürülməsini izləmək funksiyası əlavə ediləcək...


Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

Ölkədə rəqabət qabiliyyətli kadrların hazırlanmasına daim dəstək olan “Azercell Telekom” MMC, öz fəa..


Azercell-dən gözəl nömrələrə xüsusi kampaniya!

Ölkənin telekom bazarında ən sərfəli təkliflər ilə seçilməyi hədəfləyən “Azercell Telekom” MMC, inte..


Azercell ilə ən sevilən filmləri izləmək artıq daha asandır!

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell abunəçilərini müasir dövrün trend..