main-post-cover

    Telegram böyüməyə davam edir

    Sosial Media
    24.03.2018
    Nijat Hamid
    Hal-hazırda çox istifadə edilən mesajlaşma tətbiqlərindən biri olan Telegram öz inkişafını və böyüməsini davam etdirir. 2013 Avqust ayında istifadəçilərə açılan servis hal-hazırda rekord qıracaq həddə çatdı. Belə ki, verilən məlumatlara əsasən, Telegram istifadə edən insanların sayı 200 milyondan daha çoxdur. Telegram qurucusu olan Parel Durov bunun heç bir reklam etmədən olduğunu və istifadəçilərin bir-birini dəvət etməsi hesabına olduğunu açıqladı.
    200 milyondan çox istifadəçisi olan Telegram böyüməyə davam edir.    
    Hal-hazırda istifadə edilən "Ucdan uca şifrələmə" texnologiyasıni ilk istifadə edən Telegram İranRusiyada bu səbəbdən bir sıra etirazlara məruz qaldı. Qurucu Parel Durov-un dediklərinə görə, Telegram digər servislərdən fərqli olaraq 1 bayt həcmində məlumatı belə heç bir qurum və ya şirkət ilə paylaşmır. Ayrıca qeyd etmək lazımdı ki, qaynaq kodları açıq olan ilk mesaj servisi tətbiqi də Telegram-dır. Bot təkminləşdiriciləri üçün tamamilə açıq APİ-lər vəd edən Telegram digər servislərə nəzərən daha təhlükəsizdir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər