TikTok Montana ştatında qadağan edilməsi ilə bağlı məhkəməyə müraciət edib

TikTok Montana ştatında qadağan edilməsi ilə bağlı məhkəməyə müraciət edib

Sosial Media
23.05.2023 PAYLAŞIM

    Keçən həftə məlum oldu ki, Montana öz ərazisində TikTok-u tamamilə qadağan etmiş ilk ABŞ ştatı oldu. İndi isə məlum olub ki, TikTok bu msəələ ilə bağlı məhkəməyə müraciət edib. Məşhur servis Montana ştatındakı bu qərarın ləğv edilməsinə çalışacaq. Qeyd etmək lazımdır ki, Montana ştatının qubernatoru tərəfindən qəbul edilmiş yeni qanun 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minəcək. TikTok rəsmilərinin fikirlərinə əsasən bu qərar ABŞ Konstitusiyasına edilmiş birinci düzəliş ilə yanaşı ABŞ-ın digər qanunlarını da pozur.

    Buna misal olaraq ştatın yalnız federal orqanlar tərəfindənm nizamlanan sahəyə daxil olmasını və beynəlxalq ticarət ilə ştatlar arasındakı ticarətdə ştatların hüquqlarının məhdudlaşdırılmasını gətirmək olar. ByteDance şirkətinə məxsus olan TikTok-un ABŞ-dakı istifadəçi kütləsi 150 milyon insan təşkil edir. Buna görə də bir çox qanunverici onun ABŞ ərazisində tamamilə bloklamağı təklif edir.


    Belə ki, qanunvericilər və üstəlik ABŞ hökumətinin özü amerikalı TikTok istifadəçilərinin konfidensial məlumatlarının Çinin xüsusi orqanları tərəfindən əldə edilməsi vəziyyətindən narahatdırlar. TikTok-un qiymətləndirməsinə əsasən Montana ştatının 1.1 milyon əhalisi arasında 100 minlərlə TikTok istifadəçisi var. Məşhur servisin rəsmiləri bildiriblər ki, onlar istifadəçilərin konfidensial məlumatlarını Çinin xüsusi orqanlarına göndərməyiblər və bunu heç zaman etməzlər.



DAHA ÇOX


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.


Whatsapp-da istifadəçilər üçün ləqəblər (nickname) funksiyası istifadəyə veriləc..

Whatsapp tərtibatçıları messencerdə yeni faydalı funksiyanı istifadəyə verməyə hazırlaşırlar...


TikTok-un mənbə kodu və məsləhət xarakterli alqoritmi ABŞ-ın Oracle şirkətinə tə..

TikTok administrasiyası yaxın zamanda ABŞ-ın Oracle şirkətinə servisin mənbə kodunu və platformanın ..

×