main-post-cover

    WhatsApp-a gələcək bu yeni xüsusiyyət sayəsində artıq heç kim "Mesajını görməmişəm" deyə bilməyəcək!

    Sosial Media
    16.04.2024
    Chinara Pardashunas
         Dünyanın ən məşhur ani mesajlaşma tətbiqlərindən biri olan WhatsApp-a yeni xüsusiyyətin gələcəyi məlum olub. Tətbiqin "2.24.9.14" kodlu Android beta versiyasında mövcud olan bu yeni xüsusiyyət yenicə onlayn olan istifadəçilərin adlarını göstərəcək.
         WhatsApp-ın yeni xüsusiyyəti çox sadə iş prinsipinə sahib olacaq. Belə ki, tətbiqə daxil olduqda, son vaxtlar WhatsApp-da aktiv olan insanların kiçik siyahısını görmək mümkün olacaq.
         Kontaktlar siyahısının bir hissəsi kimi görünən xüsusiyyət, kiminləsə tez bir zamanda əlaqə saxlamaq lazım gəldikdə işə düşəcək. Əgər həmin şəxs WhatsApp-da aktivdirsə, o, siyahının yuxarı hissəsində göstəriləcək. Beləliklə, istifadəçinin son görünmə vaxtını yoxlamaq ehtiyacı aradan qalxacaq.
         WhatsApp bu xüsusiyyət barədə heç bir açıqlama verməsə də, artıq tətbiqin test mərhələsinin bitdiyini vurğulamaq lazımdır. Vəziyyət belə olduğu halda bu xüsusiyyətin yaxın zamanlarda bütün istifadəçilər üçün əlçatan olacağı görünür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Whatsapp daxilindəki videolar üçün yenilənmiş picture-in-picture funksiyası hazırlanır
    whatsapp-daxilindeki-videolar-ucun-yenilenmis-picture-in-picture-funksiyasi-hazirlanir
    WhatsApp statusunda digər insanları etiketləmək mümkün olacaq!
    whatsapp-statusunda-diger-insanlari-etiketlemek-mumkun-olacaq
    Whatsapp-a yaxın zamanda süni zəka əsaslı çat-bot inteqrasiya ediləcək
    whatsapp-a-yaxin-zamanda-suni-zeka-esasli-cat-bot-inteqrasiya-edilecek
    Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
    whatsapp-yaxin-zamanda-2-yeni-funksiyani-elde-edecek
    Whatsapp istifadəçilərin hesab fotolarının screenshotlarını çəkməyi qadağan edib
    whatsapp-istifadecilerin-hesab-fotolarinin-screenshotlarini-cekmeyi-qadagan-edib