
WhatsApp-da çat siyahılarının yaradılması funksiyası istifadəyə verilib
Sosial Media
04.11.2024
Emil
WhatsApp-da çatlar siyahısı funksiyası istifadəyə verilib. Sözügedən yeni funksiya Lists adlanır. Bu yeni funksiya müxtəlif kateqoriyalı çatların siyahısını yaratmağa imkan verir. Nəticədə istifadəçi lazımi çatı sürətlə tapa biləcək. İstifadəçi tərəfindən yaradılmış çat siyahıları ekranın yuxarı hissəsində əks olunacaqlar. Bu, bir növ Telegram-dakı qovluqlar funksiyasına bənzəyir. Lists funksiyası lazımi çatların axtarışında çətinliklər yaşayan istifadəçilər üçün xüsusən faydalı olacaq.
İstifadəçilər lazımi çatların siyahılarını tərtib edərək həmin siyahılara müxtəlif adlar qoya bilərlər. Məsələn ailə, iş və s. Siyahılar ekranın yuxarı hissəsində artıq mövcud olan All, Unread və Groups bölmələri hissəsinin yanında yerləşəcəklər. Siyahını tərtib etmək üçün həmin hissədə olan “+” düyməsinə klikləmək lazımdır. Düyməyə klikləyəndən sonra siyahının adını təyin etmək və siyahıya daxil edilməsi planlaşdırılan çatları seçmək lazımdır.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
